Xəbər lenti
"Drakon" məktəb direktorundan üzr istəyib 500 manat ödəməlidir - MƏHKƏMƏ QƏRARI

Bu ilin əvvəlində “Drakon” ləqəbli aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında davalı qalmaqalla bağlı məhkəmə işlərindən biri yekunlaşıb.
Manevr.az-ı verdiyi xəbərə görə, R.Rzayevin feysbuk sosial şəbəkəsində direktor haqda yazdığı statuslarda ona böhtan atması və təhqir etməsi iddiası üzrə qərar verilib. Aktyor həmin statuslarda direktora “Fetöçü” deyərək sonra təhqir edib. Məhkəmə qərar verib ki, bunlara görə, “Drakon” məktəb direktorundan üzr istəməli, onun haqqında yazdıqları barədə təkzib verməli və 500 manat cərimə olunmalıdır. Bu işə üçüncü tərəf kimi cəlb olunan xəbər saytları isə təkzibi dərc etməlidirlər.
Aktyor bu qərardan apellyasiya şikayəti versə də, ikinci instansiya məhkəməsi bunu qüvvədə saxlayıb.
R.Rzayevin bacısı oğlu ilə birlikdə direktora xəsarət yetirməsinə görə açılan cinayət işi üzrə məhkəmə prosesi isə hələ də davam edir.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar