Xəbər lenti
Türkiyənin yox olacaq şəhərindən SON ŞƏKİLLƏR

Dünyanın ən qədim şəhərindən biri - Türkiyənin Həsənkeyfi şəhəri tezliklə suyun altında qalacaq.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, hökümət onun yerləşdiyi yerdə - Dəclə çayının sahilində - su anbarı tikmək qərarına gəlib. Evlərini tərk etməli olan sakinlərə verilən vaxt isə oktyabrın 8-də başa çatıb. Tezliklə "İlisu" SES istifadəyə veriləcək və şəhər ərazisinin böyük hissəsi, eləcə də ətrafdakı bir sıra məntəqələr suyun altında qalacaq. Köçkünlər üçün Yeni Həsənkeyf şəhərinin tikilməsinə baxmayaraq, onların bir çoxu dambanın tikilməsinə qarşı olub. Onları bütün tarixi abidələrin digər yerlərə köçürülməsinin mümkünsüzlüyünü görən alimlər də dəstəkləyib.
İnsanlar bu yerlərdə qədim dövrlərdən yaşayıb. Şəhərin romalılar tərəfindən salındığı qeyd olunur. Həsənkeyf Osmanlı imperiyasının vaxtında fəal inkişaf edib və çiçəklənib.









Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar