Xəbər lenti
10 ölkə "ASAN xidmət” modelindən istifadə edir - AÇIQLAMA - VİDEO
Bu yaxınlarda Özbəkistanda növbəti anlaşma sazişi imzalanıb. Bu bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir. Həmin ölkələrin 10-da "ASAN xidmət” modelinin ixracı ilə bağlı işlərə başlanılıb. Tacikistan və Qırğızıstan da "ASAN xidmət” modelinin ixracı ilə əlaqədar müraciət edib. İxrac istiqamətində işlər aparılır. Təkcə "ASAN xidmət” modeli yox, ümumiyyətlə Azərbaycanın IT həlləri proqramları da digər ölkələrə ixrac olunur.
Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
Ülvi Mehdiyev deyib ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların "ASAN xidmət” modelindən yararlanması üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə saziş var, Tədbirlər planı hazırlanıb: "Hazırda bu istiqamətdə tədbirlər görülür. Ölkə dəqiqləşəndən sonra "ASAN xidmət” dövlət xidmətlərini həmin ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təqdim edəcək. Bu il, ümumilikdə, 5 "ASAN xidmət” mərkəzi açılacaq. İlin sonuna qədər Şamaxı, Tovuz, Kürdəmir, Ağcabədi və Balakəndə "ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək. Həmçinin Quba və Tovuz şəhərlərində "ABAD”ın iki fabriki fəaliyyətə başlayacaq. Onların da əsas fəaliyyəti həmin regionda yaşayan ailə təsərrüfatlarına dəstək olmaqdan ibarətdir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar