Xəbər lenti
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
Növbəti ildən Pekindən başqa, Çinin daha bir şəhərindən də Bakıya uçuşların həyata keçirilməsi planlaşdırılır.
Manevr.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları"nın (AZAL) Çindəki rəsmi nümayəndəsi "ETI Holidays" şirkətinin baş icraçı direktoru Guo Dongje deyib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlib.
Onun sözlərinə görə, yalnız bu ilin sentyabr ayının sonunadək bu say 20 min nəfər təşkil edib.
F.Zenqstşmid hesab edir ki, bu say yaxın gələcəkdə dəfələrlə artacaq.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və "Azərbaycan Hava Yolları"nın (AZAL) Çindəki rəsmi nümayəndəsi "ETI Holidays" şirkəti çinli subagentlər üçün birgə təlimlər keçirəcəklər.
Bununla bağlı razılıq Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin "Azərbaycan Hava Yolları"nın (AZAL) Çindəki rəsmi nümayəndəsi "ETI Holidays" şirkətinin baş icraçı direktoru Guo Dongje ilə görüşündə əldə olunub.
Təlimlərin keçirilməsində məqsəd Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə potensialı, hotelləri, turizm marşrutları, görməli yerləri, qədim memarlıq abidələri və milli mətbəxinin tanıdılmasını artırmaqdır.
Guo Dongje təmsil etdiyi şirkətin 5000 subagentdən ibarət şəbəkə ilə əməkdaşlığından söz açaraq bu təlimlərin Azərbaycanın tanıdılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə göstərir./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar