Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı ağac “altında” doğulduğunuzu bilirsiniz? - MARAQLI

Tarix: 06-10-2019 21:45     Baxış: 3251 A- / A+
Hansı ağac “altında” doğulduğunuzu bilirsiniz? - MARAQLI

Elə insanlar var ki, öz həyatlarını müxtəlif təqvimlərə uyğun şəkildə planlaşdırırlar. Bununla bağlı çoxsaylı araşdırmalar aparılsa da, insanların inamına tutarlı arqument tapılmayıb.

Bəs bürclərin özünəməxsus ağacları olduğunu bilirdiniz? Söhbət ağac bürcündən gedir. Uğurlu rənginiz, gününüz olduğu kimi, ən uğurlu və enerjinizə uyğun ağacın hansı olduğunu bilmək istəyirsinizsə, yazını diqqətlə oxuyun.

Manevr.az ağac bürcləri təqvimi haqqında maraqlı məlumatı təqdim edir:

Ağac bürcləri təqvimlər əsasında belə bölünür:

23-31 dekabr tarixləri arasında doğulan insanların ağacı almadır.

1-11 yanvar - Küknar

12-24 yanvar - Qaraağac

25 yanvar-3 fevral - Sərv

4-8 fevral - Qovaq

9-18 fevral - Sidr

19-28 fevral - Şam

1-10 mart - Söyüd

11-20 mart - Cökə

21 mart - Palıd

22-31 mart - Fındıq

1-10 aprel - Quşarmudu

11-20 aprel - Ağcaqayın

21-30 aprel - Qoz

1-14 may - Qovaq

15-24 may - Şabalıd

25 may-3 iyun - Göyrüş

4-13 iyun - Vələs

14-23 iyun - Əncir

24 iyun - Toz ağacı

25 iyun-4 iyul - Alma

5-14 iyul - Şam

15-25 iyul - Qaraağaç

26 iyul-4 avqust - Sərv

4-13 avqust - Qovaq

14-23 avqust - Sidr

24 avqust-2 sentyabr - Şam

3-12 sentyabr - Söyüd

13-22 sentyabr - Cökə

23 sentyabr - Zeytun

24 sentyabr-3 oktyabr - Fındıq

4-13 oktyabr - Quşarmudu

14-23 oktyabr - Ağcaqayın

24 oktyabr-11 noyabr - Qoz

12-21 noyabr - Şabalıd

22 noyabr-1 dekabr - Göyrüş

2-11 dekabr - Vələs

12-21 dekabr - Əncir

22 dekabr - Qayın

İndi isə müvafiq olaraq bürclərinizin götürdüyü ağacların sizə verdiyi enerji və xüsusiyyətlərlə tanış olun:

Palıd (cəsarət) - cəsur, güclü, heç kimdən asılı olmayan insanların ağacıdır. Rəhmsizlikləri onların ayaqda qalmasına kömək edən yeganə işıqdır. Duyğusal olurlar. Şansa qəti güvənmirlər və onlar inanırlar ki, insan öz taleyini özü yazır. Olduqca planlı hərəkət edirlər.

Şam ağacı (sülhsevər) - Çox güclü psixologiyaları olur. Uyğun şəraitdən istifadə etməklə ətrafda olan bütün insanlara təsir edə bilirlər. Sünilikdən uzaq, sadəlik sevən olurlar. Sülhün simvolu olsalar da, niyyətləri bəzən xoş olmaya bilir. Bu ağac bürcü altında doğulan insanlar kimliyindən asılı olmayaraq, hər kəsə kömək etməyi sevir. Yaradıcı insan olurlar. Bu ağac bürcü insanların kumir, ideallaşdırdıqları heç kəs və heç nə olmur. Eşq acısı isə onları daim incidir. Başqalarının müdafiəsinə, qayğısına daim ehtiyac duyurlar. Romantiklik isə onlar üçün olmazsa olmazlardandır.

Küknar (sirr) - Ağac özünün sıx yarpaqları kimi sirli xüsusiyyətlərini də bürclərə ötürüb. Bu bürc altında doğulan şəxslər qeyri-adi zövqə malik olurlar. Streslə asan başa çıxa bilər. Gözəl olan hər şeyi sevər. Qısqancdırlar. Özlərinə yaxın olan insanları hər kəsdən və hər şeydən qorumağa çalışarlar. Dürüstdürlər. Pisliklə mübarizədən yorulmazlar. Amma mənfi cəhərləri bir qədər dikbaş, biganə olmalarıdır. O qədər də təvazökar olmasa da, etibarlı insanlar olurlar.

Şabalıd (dürüstlük) - ədalətli və şən insanlardır. Xaraktercə diplomatdırlar deyə bilərik. Münasibətlərində olduqca həssas olurlar. Ədalət duyğusu hər zaman güclüdür. Əksər hallarda ciddi işlərdə çalışacaq potensiala sahib olurlar. Sanki diplomat olaraq doğulublar. İnsanların duyğularına, fikirlərinə kifayət qədər həssas yanaşırlar. Çalışqan və lider mövqeyi onları digərlərindən seçir. Şabalıd ağacı bürcləri altında doğulan insanlar sevgiyə, münasibətə sədaqətli olurlar.

Fındıq (qeyri-ciddi) - Zarafat qabiliyyəti mükəmməl olan insanlar barədə danışırıq. Çox güclü yumor hissinə sahib olmaqla yanaşı, cəlbedici, anlayışlı olurlar. Sosial həyatda olduqca fəaldırlar. Sevgi münasibətlərində inanılmaz dərəcədə çürükçü ola bilərlər. İstədiklərini qoparırlar. İctimai hadisələr qarşısında çox həssasdır. Mükəmməliyyətçi quruluşa malik olub, dürüstlükləri ilə seçilirlər.

Göyrüş (sevgi) - Həyat eşqi ilə dolub-daşan, cazibədar insanlardır. Onlar tələbkar olsalar da, açıq tənqidə dözmürlər. Zəka gücü ilə qarşısındakı insanı susdurmağı bacarırlar. Ağıllı, bacarıqlı olmalarına baxmayaraq, ağacın eqoist cəhəti insanlara da keçib. Bəzən beyin qəlbə əmr edə bilir. Ehtiraslı insanlar olurlar. Münasibətləri çox ciddi qəbul edirlər və istənilən münasibətdə çox sadiq olurlar.

Ağcaqayın (qeyri-adi)
- Bu insanlar cəmiyyət içərisində kifayət qədər seçilir. Özünəməxsus görünüş, zövq, səs tempi kimi qeyri-adi cəhətləri onları yaddaqalan edir. Ağacın qeyri-adi və nadir xüsusiyyətləri bürc altında doğulan insanlara da keçib desək, yanılmarıq. Ehtiraslı, bir az utancaq, özünə güvənən və davamlı yeni hədəflərə qaçan olurlar. Onlar kifayət qədər yaradıcı, yüksək zövqə sahibdirlər. Karyera və yaxşı yaşayış üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışarlar. Zaman-zaman əsəbi ola bilər, amma həyatı sevən insanlar olurlar. Buna rəğmən, qənaətcil davranır, zərurət olmayan, lazımsız risklərə getmirlər.

Toz ağacı (mehriban) - Dostcanlı, həyat eşqi olan, təvazökar, kobudluqdan nifrət edən insanların ağacıdır. Xəyal gücləri yüksək olur. Sülhü bərpa etməyi sevirlər.

Sidr (nikbin) - Zərif, hər şəraitə uyğunlaşan, amma lüks şəraiti daha çox sevənlərin ağacıdır. Onlar özünə həddən artıq güvənir və başqalarına bir az yuxarıdan aşağı baxırlar. Qərarlı, lakin səbrsiz olurlar. Nikbin, bacarıqlı olmaları isə üstünlükləridir.

Sərv (sədaqət) - Güclü, əzələli və möhkəm bir görünüşü malik olurlar. Bu insanlar nikbinliyi, pula olan sevgiləri ilə diqqət çəkirlər. Bu ağac bürcü altında doğulmusunuzsa, mübariz ruha maliksiniz. Onlar ən çox yalnızlığa nifrət edirlər. Eşqi sevər, təklikdən nifrət edərlər. Sədaqətli insanlar olsalar da, çərçivəyə salınmağı, qaydalara riayət etməyi sevmirlər. Sevdiklərinə ehtirasla bağlıdır. Zaman-zaman biganə münasibətləri ilə insanları yora bilirlər.

Qaraağac (gülərüz) - Geyiminə diqqət edən, insanları şənləndirməyi bacaran, liderlik etməyi sevən insanların ağacıdır. Dürüst və sadiq həyat yoldaşı olacaqları dəqiqdir. Başqalarının əvəzindən qərar verməyi sevirlər. Bu, onların liderlik xarakterinin yüksək olmasından irəli gəlir. Güclü zəkaya və dərin yumor hissinə malik olurlar.

Əncir (həssaslıq) - Güclü, heç kimdən asılı olmayanların ağacıdır. Bu ağac bürcü altında doğulan insanlar əzmli və qərarlı şəxsiyyətlər olurlar. Dostcanlı, uşaqları sevən olsalar da, heç bir qərarlarını müzakirə etməyi sevməzlər. Heyvansevərlərin əksəriyyəti bu ağac bürcü altında doğulanlardır. Ailəcanlı olurlar. Valideyn kimi xüsusilə yaxşı ata olduqları deyilir. Yumor anlayışı olsa da, tənbəllik etməyi sevirlər. Ağıllı və ziyalı olurlar.

Vələs (zövq) - Bu insanlar həyatı mümkün olduğu qədər asanlaşdıraraq yaşamağı sevirlər. Qarşısındakı insanlardan daim nəzakət gözləyirlər, çünki özləri bu nüanslara diqqət edirlər. Zövqləri ilə cəmiyyət arasında seçiləcək qədər qeyri-adi olurlar. Başqalarını özlərindən daha çox düşünürlər. Xoşbəxtliyi asanlıqla tapa bilmirlər. Qərarlarında hər zaman tərəddüd içərisində qalırlar. Lakin insanlara heç bir halda güvənmirlər.

Cökə (şübhə) - Dava-dalaşdan uzaq, ağıllı və çalışqan insanlar olurlar. Daim bir gərginlik və stres içərisindədirlər. Uzaq tətillərə getmək üçün ürəkləri gedir. Mərhəmətli, çəkinmədən fədakarlıq edə biləcək qədər cəsarətli olurlar. Çox istedadlı, lakin kompleksli oduqları üçün kəşf edilə bilmirlər. Qısqanclıqları bezdirici olsa da, vəfalıdırlar. Liderlik xüsusiyyətlərinə malikdir. Ailə və dostları üçün hər şeyi etməyi sevirlər.

Zeytun (müdriklik) - Bu ağac bürcü altında doğulan insanlar günəşi, isti havanı dəlicəsinə sevir. Şiddət və zorakılıqdan qəti şəkildə uzaq olurlar. Təbiətcə sakit, fağır, hamı ilə dil tapan şəxslər olurlar. Həssas olmaları bir ayrı, qısqanclıqları bir ayrı şirin olur. Mübahisədən olduqca uzaqdırlar.

Qovaq (qərarsızlıq) - Özgüvən roblemi yaşayırlar. Buna rəğmən, yeri gələndə hər kəsdən daha cəsarətli ola bilirlər. Ağacın əsas xüsusiyyəti yalnızlığıdır ki, bu da həmin bürc sahiblərinə ötürülüb. Çox seçici olduqlarından, adətən, yalnız qalırlar. Fəlsəfəyə düşkündürlər. Kinli, qəzəbli ruha sahibdirlər. İş baxımından fərasətlidirlər. Yaxşı təşkilatçılıq qabiliyyətləri ilə seçilirlər. Planlama mövzusunda olduqca yaxşıdırlar.

Quşarmudu (həssaslıq) - İnsanları şənləndirə bilən keyfiyyətləri var. Hər kəsin sevimlisi olmaq üçün sadəcə gülümsəmələri yetər. Bu ağac bürcü altında doğulanların enerjisi çox güclü olur. Eqoistlikdən uzaq, həyatı sevən və doya-doya yaşayan insanlardır. Zövqlü, həssas, aktrisalıq qabiliyyətləri olur. Yaxşı həyat yoldaşı ola bilərlər. Çalışın onları küsdürməyəsiniz.

Qoz (ehtiras) - Bu bürc altında doğulan insanlar özü-özü ilə mübarizə aparır. Bəlkə də, onların nə istədiyini biləcək insanlar hələ doğulmayıb. Eqoist və aqressiv cəhətləri onları tanımağa imkan verməyən əsas mənfi cəhətləridir. Gözlənilməz reaksiyalar verə bilərlər. Heç nəyi asanlıqla bəyənmirlər. Qısqanc və kiməsə uyğunlaşmaq üçün əmək sərf etməyi, fədakarlıq etməyi xoşlamırlar. Heç bir halda düşdükləri mühitə uyğunlaşmağı, dəyişilməyi sevmirlər.

Söyüd (melanxoliya) - Ekzotik yerlər başlıca maraq sahələridir. İnsanlara təsir edə biləcək xarakterə malikdirlər. Yaxşı psixoloq ola bilirlər. Səyahət etməyi, xəyal qurmağı sevirlər. Kaprizləri yorucu olsa da, dürüstlükləri nəyə desəniz, dəyər. Asanlıqla insanları təsir altına sala bilən bürc sahibləri özləri də kifayət qədər təsir altına düşə bilirlər. Tələbkarlıqları çoxdur. Özlərinə necə yanaşırlarsa, ətrafdakı insanlara da elə yanaşırlar. Hissiyyatları olduqca güclüdür. Hissləri onları heç vaxt aldatmaz.

Alma (eşq) - Bir az səssiz, sakit və utancaq olar. Cazibəli, diqqətçəkən, təsir etmə qüvvəsinə malikdir. Bu ağac bürcünün sahibləri olduqca xoş auraya sahib olurlar. Macərapərəst olmalarına baxmayaraq, həssas və comərd insanlardır. Elmi sahələrə maraqları ilə seçilirlər. Xəyal gücləri yüksək olur.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar