Xəbər lenti
Stajkeçməyə cəlb olunan müəllimlərin sayı AÇIQLANDI
Paytaxtın ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə keçirilən stajkeçmə xidməti davam edir.
Bu barədə lent.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, stajkeçmə xidmətinə Bakı şəhər Təhsil İdarəsinin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllim cəlb olunub.
Stajkeçmə xidməti zamanı müəllimlərin iştirakı ilə fərdi və qrup görüşləri keçirilir, dərs müşahidələri aparılır. Fərdi və qrup görüşləri zamanı İKT üzrə təlimlərdə iştirak edən müəllimlərin yeni texnologiyalardan dərs prosesi zamanı səmərəli istifadə qaydaları yoxlanılır.
Qeyd edək ki, 3 ay davam edəcək stajkeçmə xidməti 5 mərhələdən ibarətdir.
Stajkeçmə xidmətinin əsas məqsədi pedaqoji heyətin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, onların təkmilləşmə prosesinin təhlilini aparmaq, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, stajkeçmə xidmətindən istifadə edən hər bir müəllim üçün fərdi inkişaf planı tərtib etməkdən ibarətdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar