Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Saatlıda “Sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri” mövzusunda tədbir keçirilib - ŞƏKİL

Tarix: 02-10-2019 17:37     Baxış: 2459 A- / A+
Saatlıda “Sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri”  mövzusunda tədbir keçirilib - ŞƏKİL


Bu gün S. Vurğun adına Saatlı rayon 1№-li tam orta məktəbdə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri” mövzusunda tədbir təşkil olundu.

Manevr.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları və məktəblilər iştirak etdi. Tədbiri giriş sözü ilə açan mərkəz əməkdaşları məktəbliləri salamdıqdan sonra mövzu barədə ətraflı məlumat verərək sosial şəbəkələrdən düzgün istifadə haqqında maarifləndirici bilgilər verdi. Sosial şəbəkələrə maraq gündən-günə artır. Artıq günümüzü sosial şəbəkələrsiz təsəvvür edə bilmirik. Virtual məkan genişləndikcə sosial şəbəkələrin də sayı artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər. Onu da qeyd edək ki, həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələr vasitəsilə bir çox məsələlər həll edilir. Kimisi adi bir paylaşım ilə məşhur olur, kimisi öz problemlərini həll edir və s. bu kimi hadisələr baş verir. Eyni zamanda, bunlardan sui-istifadə edənlərin də sayı az deyil. İctimai rəyə təsir etmək gücündə olan sosial şəbəkələrdən, həmçinin müxtəlif məqsədlər, xüsusilə də siyasi, sosial və iqtisadi təxribatların törədilməsi üçün də istifadə edirlər. Bu gün insanlar özlərini bir an belə sosial mediadan kənarda təsəvvür edə bilmirlər. Demək olar ki, bütün işlərimiz sosial media platformalarına daşınıb. İstər adi ünsiyyət, istərsə də media fəaliyyəti sosial media üzərindən həyata keçirilir. Yəni insanlarla coğrafi yerləşimindən asılı olmayaraq əlaqə saxlaya bilir, çevik şəkildə fikirlərimizi paylaşa bilirik. Ümumilikdə götürsək internetsiz qalmaq belə mümkünsüz bir hal alıb. İnternetsiz həyat insanlarda hətta stress halını belə yarada bilir. Bununla da hər şeydən sui-istifadə etməyə öyrəşmiş adamlar sosial mediadan belə bu məqsədlə də istifadə etməyə çalışırlar. Onlar başqalarına şər, böhtan atmaq, şantaj etmək, yalan məlumatlar yayıb ictimai rəyi çaşdırmaq üçün gen-bol bu cür imkanlardan sui-istifadə edirlər. Artıq belə halların qarşısı alınmalıdır. Bu cür insanlara qarşı atılacaq ilk addım onlayn mediada davranış qaydalarının əməlli-başlı öyrənilməsi, mənimsənilməsi, təbliğ edilməsi olmalıdır. Digər bir tərəfdən də qanunların bu yeni texnologiyalara uyğunlaşdırılmasıdır. Belə düşünürəm ki, belə məsələlərin diqqətlə öyrənilməsi, qanunların uyğunlaşdırılması, eyni zamanda, cəmiyyətin maarifləndirilməsi vacib məsələdir. XXI əsr üçün daha da artıb təkmilləşən sosial media və sosial şəbəkələrin fəaliyyəti bugünkü cəmiyyət üçün böyük bir yenilik olub, insanların daha asan şəkildə bir-biri ilə ünsiyyət qurmaları, əlaqələrini genişləndirmələri, yeni dostlar qazanmaları, məlumatlanma, maariflənmə və maarifləndirmə baxımından da sosial media mühüm rol oynayır. Məhz bu səbəbdən də insan həyatının ayrılmaz bir parçasına çevrilib. Düzdür, bu çox yaxşı bir vəziyyətdir. Amma bunun müsbət tərəfləri ilə birgə mənfi tərəfləri də vardır. Sosial şəbəkəyə həddən artıq aludə olmaq, günün bir çox hissəsini orada keçirmək ilk öncə insan əsəblərinə ziyan olmaqla yanaşı, onlarda aqressivlik, səbrsizlik və hər kəslə kobud davranışlara gətirib çıxarır. Hətta onun gözlərimiz üçün də mənfi təsirləri olduğunu qeyd edə bilərik. Çünki 20 dəqiqədən artıq monitora baxmaq insan gözləri üçün bir çox fəsadlara yol aça bilər. O qeyd etdi ki, geniş insan kütlələrinin olması, onlar arasında müsbət addımların atılması istiqamətində də sosial şəbəkələrin bir çox mühüm əhəmiyyəti vardır: “Çox təəssüf ki, Azərbaycanda bir qrup şəxs var ki, onlar da sosial şəbəkələri özlərinin şəxsi maraqları naminə istifadə edərək ölkəmizə, dövlətimizə və s. qarşı sui-istifadə edirlər. Eyni zamanda, mənəviyyatdən kənar, insanlığa xas olmayan ifadələrlə həm ictimaiyyəti, həm də ölkə rəhbərliyini təhqir edirlər. Bundan başqa, bir sıra ictimai-siyasi xadimlərin, deputatların adından özlərinin demədiyi fikirləri səsləndirməklə nəyin bahasına olursa-olsun hakimiyyətə zərbə vurmağa çalışırlar. Mənə elə gəlir ki, sosial şəbəkə istifadəçiləri bunları dərindən təqib edərək, yaxından izləyərək onları aldadan vətəndaşları özlərinin şəxsi maraqlarının qurbanına çevirməyə çalışan sosial şəbəkə və onların istifadəçilərini boykot etməlidirlər. Hesab edirəm ki, sosial şəbəkələrdən milli maraqlarımızın təbliği naminə istifadə edilməsi çox faydalı olardı. Lakin bu platformanı özlərinin çirkin əməllərini icra etmək üçün vasitəyə çevirənlərə qarşı da ictimai mübarizə aparılmalıdır.

Saatlıda “Sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri”  mövzusunda tədbir keçirilib - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar