Xəbər lenti
Kirayə mənzillər kimlərə satılacaq?- Evi olanlar... - ÖZƏL

Azərbaycanda ev ehtiyacı olan vətəndaşa kirayə qaldığı mənzilə sahibi olmaq üçün imkan yaradılır.
Prezidentin imzaladığı fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək. Bu mexanizm ölkədə sosial kirayə fondunun yaradılması kimi qiymətləndirilir.
İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə cebhe.info-ya açıqlamasında bu ilin sonuna kimi kirayə mənzil mexanizminin işə düşəcəyini deyib:

“Hazırda mənzil fondunun formalaşdırılması üzrə araşdırma aparılır və hazırlıq işləri gedir”.
Kirayə ilə mənzil götürmək istəyən vətəndaşlara evinin olub-olmaması ilə bağlı məhdudiyyətə gəlincə, qurum rəsmisi buna hər hansı qadağanın qoyulmadığını bildirib:
“Kirayə ilə mənzil götürmək istəyən vətəndaşlara evinin olub-olmaması ilə bağlı məhdudiyyət qoyulmayıb. Yəni, evi olan və ya olmayan vətəndaşlar kirayə mənzil üçün müraciət edə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar