Xəbər lenti
Avtomobillərin texniki baxış rüsumları artırıldı

Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanunun 18-ci maddəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Manevr.az-ın məlumatına görə, qanunun 18.65.1-ci maddəsində (Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə) nəzərdə tutulan dövlət rüsumu artırılır.
Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 30 manata qaldırılması təklif olunur. Hazırda isə bu məbləğ 20 manatdır.
18.65.2-ci maddəsinə də dəyişiklik təklif edilir.
Belə ki, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.
Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar