Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Siqaret çəkənlərə pis xəbər - 4000 AZN CƏRİMƏ

Tarix: 30-09-2019 12:55     Baxış: 3172 A- / A+
Siqaret çəkənlərə pis xəbər - 4000 AZN CƏRİMƏ


Eyvanda siqaret çəkmək və manqal yandırmaq qadağan olunur.


Belə bir qanun Rusiyada qəbul olunub. Yeni qanuna görə mənzillərinin eyvanlarında siqaret çəkən və ya manqal yandıranlar 1 oktyabr tarixindən etibarən 3 min rubl cərimə ödəyəcək. Bu qərarın verilməsinə səbəb isə yanğın riskini azaltmaqdır.

Bakı sakinləri də düşünürlər ki, oxşar qanunun Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var.

Sorğu zamanı paytaxt sakinləri belə bir qanunun qəbul edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Çünki balkonda siqaret çəkən şəxs yanğın təhlükəsi yaratmaqla yanaşı qonşuların sağlamlığına da zərər vura bilər.

Hüquqşunas Xəyal Bəşirov isə bildirir ki, Azərbaycanda hazırda balkonda siqaret çəkməyi qadağan edən qanun olmasa da bu cür hallarda yanğına səbəb olan şəxslər qanunla vurduqları ziyanın həcminə görə məsuliyyət daşıyırlar.

Onun sözlərinə görə, yanğın təhlükəsizliyi qaydalarını pozan şəxslər 20-30 manat arasında cərimə edilə bilərlər. Bundan əlavə, Cinayət Məcəlləsinə görə siqaretdən istifadə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına səbəb olarsa həmin şəxslər 2 min manatdan 4 min manatadək, 2 ilədək islah işləri, 3 ilədək müəyyən vəzifə tutmaqdan məhrum edilmə, eləcə də 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.





Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar