Xəbər lenti
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Planetləri öyrənən Avropa astronomları uzaq “cırtdan” qırımızı ulduzun yaxınlığında planetlərin yaranması nəzəriyyəsinə uyğun gəlməyən və Yupiter böyüklüyündə olan yeni göy cismi kəşf ediblər.
Bu qeyri-adi planetin kəşfinin ehtimal olunan nəticələri “Science” jurnalında əsaslandırılıb.
Kəşfin müəlliflərindən biri, Almaniyanın Heydelberq Astronomiya İnstitutunun əməkdaşlı Hubert Klark deyib: “bu cür planetin mövcudluğunu onun çox qalın və ağır protoplanet diskində olması halında izah etmək olardı. Lakin həmin diskin mövcudluğu da sual altındadır. Çünki bu cür strukturlar davamlı deyil və ulduzun özünün formalaşması vaxtı dağılır. Üstəlik, biz onları heç vaxt yeni meydana gələn ulduzlarda görməmişik”.
Qeyd olunur ki, son on ildə astronomlar Günəş sisteminin hüdudlarından kənarda 4 mindən çox planet aşkar ediblər. Onların bir hissəsi ölçüsünə və xüsusiyyətlərinə görə Yeri, qalanları Yupiteri və digər nəhəng planetləri xatırladırlar. Hazırda astronomlar bu dünyaların “siyahıya alınması” ilə məşğuldur və onların necə yaranmasını anlamağa çalışırlar. Bu yaxınlarda isə alimlər belə qənaətə gəliblər ki, bu və ya digər ulduzun ölçüsü, habelə onun təkində olan “metalların” miqdarı heç də təsadüfi deyil. Burada Metal sözü dırnaq arasında verilib, çünki astronomlar hidrogen və heliumdan ağır bütün elementləri bu cür adlandırırlar. Məsələn, Yupiterdən böyük olan planetlər adətən iri ulduzlarla qonşu olur və demək olar ki, tamamilə hidrogen və heliumdan ibarətdirlər.
Alimlər qaz nəhənglərinin bu xüsusiyyətini onunla əlaqələndirirlər ki, ulduz sistemlərinin və planetlərin yaranması müəyyən nizamla baş verir. İndi onlar hesab edirlər ki, bu prosesin başlanması üçün göy cisminin mərkəzində qaz və tozu ətrafına toplayan kiçik daş nüvə olmalıdır. Yerin və Yupiterin gələcək analoqlarının bu nüvəsi onların çəkisinin onda bir hissəsindən böyük olmur. Eyni zamanda, astronomların fikrincə, iri qaz nəhəngləri qırmızı “cırtdan” ulduzların ətrafında formalaşa bilməzlər, çünki orada bunun üçün şərait yoxdur.
“GJ 3512” adlanan və Böyük Ayı bürcündə, Yerdən 30 işıq ili məsafədə yerləşən qırmızı “cırtdan” ulduzu müşahidə edən alimlər müəyyən ediblər ki, həmin qayda həmişə keçərli olmur. İndi kəşf olunan planeti asanlıqla Yerin və Ayın arasındakı boşluqda yerləşdirmək mümkündür və bunun üçün astronomik meyarla on və ya yüz milyonlarla il tələb olunur. Bu səbəbdən də alimlər hesab edirlər ki, bu gənc ulduzun ətrafında daha çox planetlər ola bilər./axar.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar