Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

"Lotu Quli"nin əsas düşməninin 8 ən yaxın adamı tutuldu

Tarix: 27-09-2019 15:48     Baxış: 4169 A- / A+
"Lotu Quli"nin əsas düşməninin 8 ən yaxın adamı tutuldu


Rusiyanın hüquq mühafizə orqanları 2012-ci ildə deputatın öldürülməsində şübhəli bilinən səkkiz nəfəri saxlayıb. Onların hamısı "Şişkan" ləqəbli kriminal avtoritet, bizmesmen Oleq Medvedyevlə əlbir olub.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko "RİA Novosti"yə danışıb.

"Şişkanovun cinayətkar qruplaşması ilə bağlı cinayət işinin istintaqı çərçivəsində onunla əlbir olan səkkiz nəfər - Eduard Xarkov, Yuri Qriqoryev, Dmitri Qusev, Dmitri Barışnikov, Yuri Ofitserov, Dmitri Xlamkin, Loretis Vitkauskas və Mixail Korovin - saxlanılıb", - Petrenko deyib.

İstintaqın versiyasına görə, Medvedyev cinayətkar qruplaşmanı 2010-cu ildən gec olmayaraq yaradıb. Dəstənin Ramensk rayon deputatı Tatyana Sidorova və onun üç doğmasının öldürülməsində əli var. Bundan əlavə, cinayətkarlar 2014-cü ildə biznesmenin öldürülməsində şübhəli bilinir.

Xatırladaq ki, Oleq Şişkanov bu ilin iyulunda iki ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, bir müddət əvvəl "Ura.ru" portalı "Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun rəqibləri arasında ilk sırada "Şişkan"ın (Oleq Şişkanov) olduğunu yazmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar