Xəbər lenti
Sabirabadda 7 oktyabr Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirildi
MİHİ Sabirabad rayon Komitəsinin və Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə keçirilən seminarda Komitə sədri Telman Əzimov çıxış edərək qeyd etdi ki, hər il dünyada 7 oktyabr — Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.
Layiqli əmək — səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir. Layiqli əməyin ümumdünya məqsədinə çevrilməsi BMT-nin İnsan Hüquqları Deklarasiyasının 23-cü maddəsində (1948), BMT-nin “2030 Dayanıqlı İnkişaf Tədbirlər Planı”nda (2015) və digər mühüm sənədlərinin müddəalarında da öz əksini tapıb.
Azərbaycan Respublikasında layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur. Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir.
Azərbaycan vətəndaş rifahının makroiqtisadi tərəqqinin başlıca məqsədi kimi çıxış etdiyi sosial dövlət statusunu gücləndirən ölkələr sırasındadır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi milli inkişaf strategiyasında ölkə vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön planda dayanıb.
Hazırda respublikamızda sosial tərəfdaşlar və Beynəlxalq Əmək Təşkilatı arasında 2016-2020-ci illər üçün bağlanılmış Layiqli Əmək üzrə Ölkə Proqramı qüvvədədir ki, bu Proqrama uyğun olaraq ölkəmizdə işçilərin layiqli əməyinin təmin edilməsi məqsədilə əmək, məşğulluq, sosial-iqtisadi məsələlərlə bağlı kompleks tədbirlər həyata keçirilir.
Sabirabad Rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə çıxış edərək qeyd olunan məsələlərlə bağlı rəhbərlik etdiyi müəssisədə və filiallarda işçilər üçün normal iş şəraitinin yaradıldığını və bu sahədə ardıcıl tədbirlərin həyata keçirildiyini bildirdi. Mirtale Ağazadə qeyd etdiki, yuxarıda qeyd olunan məsələlər öz həllini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində əldə olunmuşdur.
Sonda tədbir iştirakçılarını maraqlandıra suallar cavablandırılaraq fikir mübadiləsi aparıldı və müvafiq tapşırıqlar verildi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar