Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İntim tərbiyəni uşağa kim öyrətsin? - Ekspert izah edir

Tarix: 26-09-2019 23:24     Baxış: 4165 A- / A+
İntim tərbiyəni uşağa kim öyrətsin? - Ekspert izah edir


Bu gün dünyanın bir çox ölkələrində məktəblərdə cinsi tərbiyə tədris olunur. Bu ölkələr sırasında İsveç, Finlandiya, Hollandiya, Fransa, Danimarka, ABŞ və digərlərini misal göstərə bilərik. Bir çox modellərinə görə birinci və daha üstün olan İsveç məktəblərində 1956-cı ildən etibarən məcburi olaraq cinsi tərbiyə proqramı tədris olunur. 7 yaşından etibarən şagirdlərə verilən ilk cinsi tərbiyə dərslərində onlara qadınla kişi arasındakı fərq, uşağın necə yaranması, cinsiyyət orqanları, masturbasiya, boşalma, hamiləlikdən və cinsi yolla keçən xəstəliklərdən qorunma, mayalanma, abort kimi bir çox məsələlər tədris olunur.

İsveç təhsil modelini təqib edən ölkələrdən biri də Danimarkadır. Bu ölkədə həm də cinsi əlaqə zamanı iki şəxsin bir-birinə hörməti, bu münasibətin məsuliyyətinin nədən ibarət olması da aşılanır.

Fransada belə bir proqramın tədris olunmasında əsas hədəf HİV-ə yoluxmaların sayını azaltmaqdır.

Lakin bu cür proqramlar bəzi hallarda razılıqla qarşılanmır. Hazırda Böyük Britaniya məktəblərində cinsi tərbiyə proqramı 6-10 yaşlı uşaqları əhatə edir. 240-dan artıq məktəbdə tədris edilən proqrama xüsusən müsəlman valideynlərin bir qismi etiraz edir.

Böyük Britaniyanın təhsil ekspertləri isə belə hesab edirlər ki, hətta bir çoxları bunu çirkin iş kimi dəyərləndirsə də, uşaqların cinsiyyət orqanlarına toxunmaları, bu haqda daha ətraflı məlumat almaları normaldır.

Bir çox ölkələrin təcrübəsindən çıxış edərək belə qənaətə gəlmək olar ki, belə tədris proqramı ilə həm arzuolunmaz hamiləliklərin baş verməsinin qarşısını almaq, həm də bu gün dünyanın ən böyük bəlasına çevrilən, cinsi yolla keçən infeksion xəstəliklərin artmasını əngəlləmək mümkün olar.

Maraqlıdır, bəzi ölkələrdə məcburi tədris edilən bu proqram Azərbaycanda necə, reallaşa bilərmi?

Manevr.az bildirir ki, psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a açıqlamasında belə bir təhsil proqramının yarada biləcəyi təsirlərdən söz açıb: "Toxunma masturbasiyanın ilkin növlərindən biridir. Bəzi xarici ölkələrdə məktəblərdə bunu uşaqlara peşəkarcasına öyrədirlər. Böyük Britaniyanın təhsil sisteminin qabaqcılları belə düşünürlər ki, bunu edən onsuz da edir. Yəni belə düşünürlər ki, küçədə, dostların arasında nəyisə öyrənməkdənsə, bunu təhsil sistemində öyrənmək daha məqsədəuyğundur".

"Dərsdə, sinifdə hamı ilə birgə praktiki olaraq intim həyatın ilk formalarını öyrənmək düzgün deyil. Kütlə içində belə bir addım atmaq onda vərdiş də yarada bilər və həmin şəxs artıq camaatın içində də bunu etməyə adətkar ola bilər", - deyə ekspert əlavə edib.

Tam olaraq belə bir təhsilin əleyhinə olmadığını, lakin bu cür proqramın hazırlanması üçün müəyyən bir metodun vacibliyinə diqqət çəkən ekspert deyir ki, bunun üçün cəmiyyət hazırlıqlı olmalıdır: "Ümumiyyətlə, cinsi məlumatların verilməsinin əleyhinə deyiləm.

Çünki bəzi hallarda cavan qızlar toydan sonra bu məlumatlara yiyələnirlər. Nəticədə ilkin cinsi əlaqə zamanı müxtəlif problemlər yaranır. O ki qaldı bu cür təhsil proqramı ilə pedofiliya və zorakılıq faktlarının sayının azalmasına, düşünürəm ki, bu, mümkün olmayacaq".

Təhsil eksperti Şahlar Əsgərov isə açıqlamasında hələlik ölkəmizdə belə bir proqramın reallaşdırılmasının mümkünsüz olduğunu dilə gətirib: "Düşünürəm ki, hazırda belə bir proqramın reallaşdırılması ancaq zərərli ola bilər. Çünki Böyük Britaniyada düşüncə və şüur çox yüksək səviyyədədir. Orada insanların potensial inkişaf indeksi 9-a yaxındır. Bu isə o deməkdir ki, Böyük Britaniyada həm azyaşlılar, həm də böyüklər hər bir addımı şüurlu olaraq atır, emosiya nümayiş etdirmirlər".

"Danimarkada ailələr saunaya birgə, çılpaq şəkildə daxil olurlar. Göründüyü kimi, Şərq Qərbdən fərqlidir. Hər ikisinin özünəməxsus müsbət və mənfi tərəfləri var. Şərqdə bakirəlik dəyər hesab edilir. Qərbdə isə bakirəlik dəyər deyil", - deyə o əlavə edib.

Uşaq və yeniyetmələrin cinsi münasibətlər haqda ilk dəfə olaraq haradan və necə məlumat almasına gəldikdə isə, ekspertin fikirləri belə olub: "Uşaq özü böyüdükcə hər şeyi biləcək. İntim, cinsi münasibətlə bağlı ata-babalara, bizə guya necə tərbiyə veriblər?! Erkən yaşında uşağı ayıldıb, ona bu haqda deyib, "oğrunun yadına daş salmaq" lazım deyil".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar