Xəbər lenti
Ərəb turistlər Azərbaycandan üz döndərir?
"Bu gün Azərbaycanda ərəb turistlərinin qalıcılığına şərait yaradan səbəb Bakının Dubaya bənzəməsidir. Bu onlar üçün çox önəmlidir. Bakı Dubaya bənzəyir, onlar bura gələndə özlərini yad hiss etmir".
Manevr.az xəbər verir ki, bu sözləri EkoNews-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.
Ekspert ərəb turistlərin ölkəmizə gəlməsinin səbəblərindən danışıb:
"Burda çox məqamlar var. Statistika onu göstərir ki, Azərbaycana turistlər 2015-ci ildən gəlməyə başlayıb. Bu da Azərbaycan turizmində bir inkişaf tendensiyası oldu. Ərəb ölkələrindən gələn turistlərin başlanğıcını iraqlı turistlər qoyub. Onlar Azərbaycana "back to back", yəni arxa-arxaya gəlib, bir həftə qalırdılar. Ümumiyyətlə, bu ölkədən gələn turistlər "back to back" prinsipi ilə və həm də əsasən kişilər gəlir. Bundan sonra digər ərəb ölkələrindən - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərindən daha zəngin, şeyx ailələrindən olan turistlər gəlməyə başladı. Onlar Azərbaycana Avropanı, Amerikanı, Türkiyəni, Gürcüstanı səyahət etdikdən sonra gəliblər. İndi isə növbəti dayanacaqları digər ölkələr - Qazaxstan, Ukrayna və başqalarıdır. Onların qalıcı olmamasının səbəbi bir ölkəni ikinci dəfə gəzməyə maraqlı görünməməsidir. Ümumiyyətlə, turizmdə sifarişçi tərəf səyahət edən şəxs sayılır. Burda da sifarişçi tərəf onlar olduğu üçün istədikləri ölkəyə getməyi özləri seçirlər. Bakının Dubaydan üstünlüyü isə odur ki, paytaxtımız küləklər şəhəridir, badü-kübədir, buranın sərinliyi Dubayda yoxdur. Dubay isə səhra üzərində salınmış şəhərdir, günorta bayır isti, evdə havalandırma sistemi... Bu, xəstəlikdən başqa bir şey deyil. Burda hava onlar üçün normaldır. Gəzəmək, əylənmək, alış-veriş etmək üçün də kifayət qədər şərait var. Azərbaycanda onlar ən çox Şəkidə, İçərişəhərdə, Dəniz Kənarı Milli Parkda, Qəbələdə gəzməyi çox sevirlər".
Əziz Şiriyev digər ölkələrdən olan turistlərin də ölkəmizə maraq göstərdiyini bildirib:
"Bu gün Azərbaycana turist axını ən çox Avropa və Çindən gəlməyə başlayıb. Almanlar, italyanlar, ingilislər, çinlilər, koreyalılar ölkəmizlə daha çox maraqlanır. Turizm bazarı artıq seqmentləşib, şirkətlər arasında rəqabət başlayıb. O şirkətlərdən bəzisi daxili, bəzisi xarici bazara, bəziləri isə gəlmə bazara işləyir. İncomingə işləyən şirkətlər arasında ərəblər, Hindistan, Çin, Pakistan bazarı ilə işləyənlər var. Hər şirkətin öz seqmenti var. Heç bir şirkət digərinin bazarına daxil ola bilməz".
Ekspert onu da əlavə edib ki, turizm bazarında müsbət canlanma, inkişafla bərabər, neqativ hallara da rast gəlmək olur:
"Bu, xidmət sahəsində, xüsusilə restoran sistemində olan zəiflik, menyülərdə, qiymətlərdə olan fərqlilik və s. hallarla özünü göstərir".
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə bundan sonra Azərbaycana ərəb turistlərin axınının kəskin azalacağını deyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar