Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda sərxoş qadın polisə çətin anlar yaşatdı - ŞƏKİL

Tarix: 26-09-2019 09:26     Baxış: 3222 A- / A+
Bakıda sərxoş qadın polisə çətin anlar yaşatdı - ŞƏKİL


Bakıda avtomobili sərxoş halda idarə edən xanım sürücü polis əməkdaşlarının işinə maneə yaradıb.

Manevr.az xəbər verir ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları 90-TP-702 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib.

Lakin avtomobili idarə edən xanım sürücü əmrə tabe olmayıb. Daha sonra o, polislər tərəfindən saxlanılıb. Sürücünün sükan arxasında sərxoş vəziyyətdə olduğu şübhələri yarandığından onu müvafiq məntəqəyə dəvət ediblər. O, Yol Patrul Xidmətinin əməkdaşlarının iradı ilə razılaşmayıb və ictimai asayişi pozmağa çalışıb.

Sürücü sonda Alkoqol Sərxoşluğunun yoxlanılma məntəqəsinə dəvət olunsa da, o, sərxoş olmadığını iddia edib və avtomobili idarə edərək ərazidən uzaqlaşmaq istəyib. Sürücünün bu istəyinin qarşısı alınıb və məntəqəyə aparılıb.

Ekspertin müvafiq rəyinə əsasən, məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş halda idarə edib. Xanım sürücü inzibati məsuliyyətə cəlb edilib./apa/

Manevr.az

Bakıda sərxoş qadın polisə çətin anlar yaşatdı - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar