Xəbər lenti
Gələcəyimiz necə məhv edilir? “Direktorlar müəllimlərdən pul alıb...”
Son günlər sosial şəbəkələrdə valideynlər övladlarının gündəlik dərs yükünün ağırlığından şikayət edirlər. Valideynlərin sözlərinə görədəsr bölgüsü düzgün aparılmır. Məsələn, 11-12 yaşlı uşaqlara eyni gündə 3 dildən (Azərbaycan dili, rus dili və ingilis dili) dərs keçirilir və ya 6 saatlıq dərsdən sonra fizika fənni tədris olunur.
Bəs fənlərin belə tədris olunması nə dərəcə effektiv ola bilər?
Manevr.az xəbər verir ki, bununla bağlı yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov fənnlərin dügzün bölüşdürülməməsində direktorları günahlandırıb:
“Dövlət tərəfindən həftəlik dərs yükü müəyyənləşəndə orda şagirdlərin bilik və bacarıqları, psixoloji vəziyyətləri nəzərə alınır. Məsələn, deyirlər ki, həftədə 2 dəfə tarix keçin, amma tarixi eyni gündə keçin demirlər. Tarix, Riyaziyyat, İngilis dili və s. - bunlar informasiya yüklü fənlərdir. Nələrisə əzbərləyib, öyrənib, yadında saxlamalısan. Bizim direktorlar neynəyirlər? Müəllimlərdən pul alırlar ki, gəl sənin dərslərini eyni günə salaq və ya 2-3 günə salaq. Bu zaman ağır dərslər üst-üstə düşür. Fiziki tərbiyə və ya bu tipli dərslər əbəs yerə salınmır. Bunlar zehni 1-2 fənndən sonra şagirdlərin fiziki və psixoloji dincəlməsi üçün lazımdır. Ağır dərsləri son saatlara sala bilməzsiniz. Dərs yükü ilə bağlı təlimatlar var. Məsələn fizika, kimya və bu kimi fənlər sona salınmamalıdır. Niyə? Çünki o vaxta kimi şagird yorulur, enerjisi itir. Yəni ağır fənlər mütləq surətdə ilk saatlara salınmalıdır".
Ekspert şagirdlərin həddən artıq yüklənməsində kitabların düzgün tərtib olunmamasının da rolu olduğunu qeyd edib:
"Onsuz da bizim dərsliklərin informasiya yükü həddən artıq çoxdur. Nəinki yuxarı sinif şagirdlərinin, həmçinin aşağı sinif şagirdlərinin dərslikləri düzgün tərtib olunmayıb. Diqqətlə nəzər yetirsək, görərik ki, 1-2-ci siniflərin dərs yükü 7-8-ci siniflərin dərs yükü ilə eynidir. Ordakı sözlərin, cümlələrin, terminlərin sayı standartlara uyğun deyil. Siz Azərbaycan tarixi və ya hər hansı tarix kitabını qabağınıza qoysanız, görəcəksiniz ki, bir səhifədə 10-dan çox termin, hökmdar adı, il var. Bir kitabda ümumilikdə, 2000-dən çox fakt var. Şagirdlər robot deyil. Biz vacib məlumatları vermirik, kitabları informasiya yükü ilə doldururuq. Dərs bölgülərində obyektivlik olmalıdır. Ancaq heç bir qurum buna nəzarəti həyata keçirmir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar