Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni qurğu telefondan istifadə edən sürücüləri aşkar edəcək

Tarix: 25-09-2019 08:20     Baxış: 3139 A- / A+
Yeni qurğu telefondan istifadə edən sürücüləri aşkar edəcək
Avstraliya hökuməti sükan arxasında sosial şəbəkələrdən istifadə edən sürücülərin şəklini çəkəcək kameralar quraşdırıblar. Sözügedən texnologiya hələ ki yalnız ölkənin bir ştatında yoxlanılacaq və qanunu pozanlar 230 dollar məbləğində cərimələnəcək.

Manevr.az "ICTnews"a istinadən xəbər verir ki, Avstraliyanın yol təhlükəsizliyi üzrə ekspertləri smartfonlardan istifadə edən sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasından narahatdırlar. Onların iddiasına görə, telefonlardan istifadə edən sürücülərin qəzaya düşmə ehtimalı 4 dəfə çoxdur.

Hökumət ştatlardan birində mobil telefonlardan istifadə edən sürücüləri aşkar etmək üçün 45 kamera quraşdırmaq niyyətindədir. Bundan sonra kameraların sayı artırılacaq.

Bu sistemlərdən hər biri iki kameradan ibarətdir. Onlardan biri avtomobilin nömrəsinin şəklini çəkir, ön şüşəyə tuşlanmış digər kamera isə sürücünün nə ilə məşğul olduğunu qeydə ala bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar