Xəbər lenti
Bu ərazilərdə qaz olmayacaq-YOL GENİŞLƏNDİRİLİR, QAZ XƏTTİNİN YERİ DƏYİŞDİRİLİR
Sentyabrın 23-də səhər saat 09:00-dan 18:00-dək “Gəncə-Qazax-Gürcüstan” Dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq.
Manevr.az-ın verdiyi xəbərə görə, bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq. Bundan başqa “Qaz İxrac” İdarəsi sentyabrın 23-də səhər saatlarından bir sıra təmir işləri planlaşdırır. Bununla bağlı olaraq saat 09:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsində bir qrup abonentin, saat 10:00-dan etibarən işlər başa çatanadək isə “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Tərtər rayonunun mərkəzi, bir qəsəbə və bir neçə kənddə qaz fasilələrlə veriləcək.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar