Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?..

Tarix: 23-09-2019 12:16     Baxış: 4178 A- / A+
Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?..


“Azərbaycanda selektiv abortların qarşısının alınması məqsədilə dölün cinsinin əvvəlcədən təyini istiqamətində müzakirələr davam etdirilir”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev uzun illərdir qəbulu gözlənilən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanunla bağlı danışarkən deyib.

M.Quliyev bildirib ki, müzakirələrdə fikir ayrılıqları yaranıb:

“Bəziləri hesab edir ki, övladının cinsini əvvəlcədən öyrənmək valideynin hüququdur və bunun ailəsinin planlaşdırılmasında böyük əhəmiyyəti var. Ona görə də hələlik dölün cinsinin müəyyən edilməsilə bağlı qadağa gündəmdə deyil, müzakirələr davam etdirilir”.

Parlamentarinin sözlərinə görə, qəbul olunması nəzərdə tutulan qanunda selektiv abortlar birmənalı şəkildə qadağan ediləcək:

“Qanunun qəbulu zamanı da bununla bağlı müddəa öz əksini tapacaq. 10 il əvvələdək dünyada dölün cinsinin ultrasəs müayinəsi qadağan edilmişdi. Amma son dövrlər dölün cinsinin əvvəlcədən öyrənilməsinə valideyn hüququ kimi hörmətlə yanaşılır və qadağalar yoxdur. Yəqin ki, qanunun müzakirəsi zamanı da bu müddəanın hansı şəkildə əks olunması barədə yekdil qərar veriləcək. Amma ultrasəs müayinəsi zamanı dölün cinsinin müəyyən olunması heç də selektiv abortlara əsas vermir. Yəni cinsə görə abortların edilməsi tamamilə qadağan olunacaq. Yerdə qalanlar isə hazırkı qanunvericilikdə olduğu kimi qalacaq”.

Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?..


M.Quliyev deyib ki, hazırkı qanunvericiliyə görə, abortlar qadağan deyil:

“Qüvvədə olan qanuna görə, 12 həftəyə qədər hamillik ananın istəyilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən abort icra oluna bilər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar