Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkədə ictimaiyyəti çaşdırmağa yönələn daha bir məlumatın qarşısı alınıb

Tarix: 20-09-2019 21:31     Baxış: 3150 A- / A+
Sosial şəbəkədə ictimaiyyəti çaşdırmağa yönələn daha bir məlumatın qarşısı alınıb

Youtube kanallarından birində küçədə metal qab yığan və onun təkrar satışını həyata keçirən Fərid adlı azyaşlının müsahibəsi yayımlanıb. Videogörüntüdə onun valideynlərinin avtomobil qəzasında həlak olması, özünün qardaşı və bacısı ilə kirayədə tək yaşaması və s. barədə ifadələr yer alıb.

Məlumatla bağlı dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Azyaşlının yaşadığı ünvan müəyyənləşib və nazirliyin əməkdaşları həmin ünvanda olublar. Müəyyən olunub ki, Fəridin dediklərinin heç biri həqiqəti əks etdirmir. Onun azyaşlı olmasından istifadə edərək müsahibə götürən şəxs maraqlarına uyğun olaraq çəkiliş aparıb.

Fərid dayısı ilə birlikdə DSMF-nun Sabunçu rayon şöbəsinə dəvət edilib. Onlarla aparılan söhbət zamanı məlum olub ki, Fəridin yaşadığı ünvan kirayə deyil, özlərinə məxsusdur. Fəridin anası Vlasova Liliyadır sağdır. O, evi tərk edib və yaşayış yeri məlum deyil. Fərid və digər müxtəlif yaşlarda olan 7 uşaq dayısı Vlasov Aleksandr, xalaları Elena və Oksana Vlasovalarla birlikdə Sabunçu rayonu, Aydınbəyov küçəsi ev 3, mənzil 17 ünvanında yaşayırlar. Dayısı Aleksandr küçələrin təmizliyi ilə məşğul olur. Rəsmi sənəddə uşağın atasının adı Rasimdi və o, dünyasını dəyişib.

Həmçinin əlavə edək ki, Fərid sağlamlıq İmkanları məhdud olan uşaqlar kateqoriyasına aiddir və Nazirlik tərəfindən buna görə sosial müavinət (sağlamlıq imkanları məhdudluğa görə 150 manat və uşağa qulluğa görə 50 manat) ödənilir. Lakin ödəniş kartı anası tərəfindən götürülüb və uşağa hər hansı maddi dəstək göstərilmir. Hazırda azyaşlı üçün nəzərdə tutulan sosial müavinət kartının dondurularaq dayısının və ya digər şəxsin qəyyumluğuna veriləcəyi təqdirdə yenidən bərpa edilməsi üzərində iş aparılır.

Azyaşlının dayısına himayəsində olan uşaqların Nazirliyin sığınacağına yerləşdirilməsində köməklik göstərilməsi ilə bağlı təklif edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar