Xəbər lenti
Baş nazirdən yeni qərar

Nazirlər Kabineti “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nı təsdiqləyib.
Manevr.az xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Vahid informasiya ehtiyatı olan reyestrin istifadəsi və mühafizəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən təmin ediləcək.
Qərarda qeyd olunub ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən ƏƏSMN-ə təqdim olunacaq. Həmçinin ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən, Silahlı Qüvvələrdə xidmət edənlər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən və ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında müşayiət məktubu ilə Nazirliyə təqdim olunacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar