Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Uyğun vaxtda Ermənistana zərbə endiriləcək!…” – Tofiq Zülfüqarov

Tarix: 19-09-2019 09:42     Baxış: 3167 A- / A+
“Uyğun vaxtda Ermənistana zərbə endiriləcək!…” – Tofiq Zülfüqarov


Manevr.az xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov azpolitika.info-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanın tənqidlərinə cavab verib, bəyan edib ki, əgər Azərbaycan Dağlıq Qarabağın həllini özünün ərazi bütövlüyü çərçivəsində görürsə və bu mövqe qətidirsə, onda bizim də prinsip “Qarabağ Ermənistandır, nöqtə” şəklindədir. Bununla Paşinyan ikinci dəfə Qarabağın Ermənistan olduğunu bəyan etmiş olub. Siz Paşinyanı Xankəndində verdiyi ilk bəyanata görə sərt tənqid etmişdiniz. Hazırki vəziyyəti necə qiymətləndirisiniz?

– Azərbaycanın daxilində və xaricdə bəzi siyasi şərhçilər belə fərziyyə irəli sürürdülər ki, Nikol Paşinyanın bu bəyanatı daha çox daxili siyasətlə bağlıdır. Başqa sözlə, buna onun siyasi təzyiqlər altında verdiyi bəyanat kimi baxmaq lazımdır. Guya, daxili siyasətdə ona qarşı Qarabağ klanının təzyiqi artıb və Paşinyan da belə bəyanatlarla onların təzyiqlərini neytrallaşdırır. İddia edilirdi ki, bu bəyanatdan sonra Paşinyana fikir vermək lazım deyil, məcburiyyət qarşısında bunu edib. Yeri gəlmişkən, belə arqumentlə ABŞ-ın Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza da razılaşıb.

Hesab edirəm ki, Paşinyanın ikinci bəyanatı göstərir ki, əslində bu, Paşinyanın təsadüfi və ya yanlış şəkildə verdiyi bəyanat deyil. Nikol Paşinyan bilərəkdən və düşünülmüş şəkildə bəyanatını ikinci dəfə təkrarlayıb. Danışıqlarda erməni tərəfinin mövqeyinin necə olduğu, onların vəziyyəti necə qiymətləndirməsi bu bəyanatla ortaya çıxır. Qənaətimcə, bu bəyanat açıq mesajdır. Bu mesaj Azərbaycan tərəfindən cavabsız qalmamalıdır. Digər tərəfdən, indiki vəziyyətdə danışıqlara getmək düzgün olmazdı. Çünki hadisələr göstərir ki, Paşinyanın səsləndirilən mövqeyi danışıqlarda Ermənistan tərəfindən təsdiq ediləcək. Bu səpkidə danışıqlar aparmaq mənasızdır. Faktiki olaraq, Paşinyan təmsil etdiyi dövlətin mövqeyini ortaya qoyub.

– “Həll Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır” deyən Paşinyana görə, o, Ermənistanın ilk başçısıdır ki, həllin Azərbaycan üçün də məqbul olması haqda danışıb, amma Azərbaycandan münasib reaksiya görməyib. Əksinə, Azərbaycan tərəfinin yanaşması maksimalistdir. Baxmayaraq ki, Minsk Qrupunun işçi müzakirələrində statusun müxtəlif ola biləcəyi göstərilir, o cümlədən Azərbaycandan kənarda…

– Əslində, bu, qəribə mövqedir və Paşinyan tərəfindən səsləndirilib. Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı məsələni yoluna qoymadı. Nə Nikol Paşinyan bundan nəticə çıxardı, nə də açığı bizim özümüz. Bu mənada hesab edirəm ki, vəziyyət açıq olaraq qalır. Vəziyyəti çoxları başa düşmür. Məsələn, ad çəkmək istəmirəm, son günlərdə mən xaricdə bir nəfərlə görüşmüşəm və o da prosesdə olan mütəxəssisdir. Həmin şəxs bəzi məsələləri başa düşmür və hətta Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu ona izah etməyimi istədi. Təsəvvür edin ki, mən yüksək səviyyəli məmur haqqında danışıram. Fikrimcə, məsələ yarımçıq qalıb. İndiki halda danışıqlara getmək artıq mənasızdır. Bəzən deyirdilər ki, erməni tərəfinin mövqeyini konkret aydınlaşdırmaq üçün Nyu-Yorkda görüş lazımdır. Amma Paşinyan ikinci bəyanatı ilə vəziyyəti tamamilə aydınlaşdırıb. İndi onun xarici işlər nazirindən nəsə soruşmaq, məncə, düzgün deyil. Yəni erməni tərəfinin mövqeyi və iradəsi ortadadır.

– Müdafiə naziri Zakir Həsənov bugünlərdə “Azərbaycan hərbçiləri sözünü döyüş meydanında deyəcək, o gün uzaqda deyil, inanmıram ki, ikinci dəfə “yiyə”ləri ermənilərın arxasında dayana bilsin” bəyanatını verdi. Nazirin bu bəyanatı elə Paşinyana cavab deyilmi?

– Məncə, müdafiə nazirinin bəyanatını şərh etmək və anlamaq asandır. Azərbaycanın müdafiə naziri, vəzifəsinə uyğun olaraq, bir fikri çatdırır ki, hərbçilər sözünü müharibədə deyəcəklər və bunu arzu edirlər.

Əslində hamımız başa düşürük ki, danışıqlar nəticə vermir. Bu danışıqlardan nəsə gözləmək və nəyəsə inanmaq doğru olmazdı. Qənaətimcə, danışıqlar Azərbaycan tərəfindən təbliğati baxımdan istifadə olunurdu. İndi isə təbliğati baxımdan danışıqlarda iştirak etməyin özü də düzgün olmazdı. Mənanı burada axtarmaq lazımdır. Mənim mövqeyim və bəlkə də iradım bundan ibarətdir. İndi təbliğati baxımdan danışıqlarda iştirak etmək ziyanlıdır.

Qayıdaq müdafiə nazirinin fikirlərinə. Nazir açıq şəkildə vəziyyəti izah edir. Məqam ondan ibarətdir ki, bizə uyğun olan zamanda zərbəni endirəcəyik. Bu “uyğun olan vaxt” isə çoxlu faktorlarla bağlıdır. Hamı başa düşür ki, indiki müharibə 1990-cı illərdə olan müharibədən fərqlənəcək. Çoxsaylı faktorlar dedikdə Azərbaycan ordusunun hazırlıq səviyyəsi, müxtəlif növ silahlarla təmin edilməsi, münasib zaman və digər məsələləri nəzərdə tuturam. Müdafiə nazirinin mövqeyi əslində hər bir məsələyə cavab verir. Yeganə məsələ “münasib məqam nə vaxt olacaq” sualıdır. Amma onu da unutmayaq ki, bunu ən axırıncı bilən siz və biz olacağıq. Bu işin xüsusiyyəti və məntiqi ondan ibarətdir ki, zərbə endirmənin tarixini öncədən elan etmək axmaqlıq olardı. Bir daha qeyd edirəm ki, nazirin bəyanatı bəlli və aydındır. Nəsə əlavə eləməyə ehtiyac da yoxdur. Bunun baş vermə tarixi haqda isə fikir söyləməzlər.

– Nikol Paşinyan sentyabrın 21-də ABŞ-a gedəcək. Onun Prezident Trampla görüşəcəyinə dair informasiya olmasa da, erməni diaspora və biznes dairələri ilə bir araya gələcəyi gözlənilir. Erməni liderin BMT Baş Assambleyasının 74-cü plenar iclasında çıxışı da nəzərdə tutulub. ABŞ-dan qaytdıqdan sonra Paşinyan Yerevanda Putini qarşılamağa hazırlaşacaq. Bu siyasi gedişlərdə məqsəd nədir?

– Əslində Paşinyan niyə səfərlərdən əvvəl iki dəfə “Qarabağ Ermənistanındır” bəyanatını verib? Hesab edirəm ki, bununla Paşinyan qəti mövqeyini ictimaiyyətin gözü qarşısında bəyan edib. Təbii ki, ona irad tutulanda deyəcək ki, bəlkə də onun bəyanatı səhvdir, amma bunu elan edib və indi ondan geri çəkilmək siyasi imicinə ziyan olardı. Vəssalam. Onun məqsədi bundan ibarətdir. Yəni mən sözümü demişəm, ola bilsin ki, siz doğru deyirsiniz, mən sizinlə qismən razıyam, amma bu mövqe ifadə olunub. Əslində sizə deyim ki, bu mövqeni ermənilər Dağlıq Qarabağ ətrafı rayonlarımızı işğal edəndə də səsləndiriblər. Deyiblər ki, ola bilsin ki, bu səhv olub, bu addımlar sülh prosesinə ziyandır, amma bunu artıq ediblər. Sözüm odur ki, bu ermənilərin çoxdankı taktikasıdır. Bunu görməmək, məncə, doğru olmazdı.

İkincisi, səfərdə həm də dəstək məqsədi güdülür. Əsas dəstək ABŞ-da yaşayan ermənilərdir. Erməni diasporasının maliyyəsi Ermənistan hökumətinə real maliyyə köməyidir. Uzun müddətdir ki, diaspora Ermənistana köməyini azaldıb. Çünki Sarqisyan və Köçəryan zamanında bu maliyyənin böyük bir hissəsi Ermənistana xərclənməyib və mənimsənilib. Bu da diasporanın xoşuna gəlmirdi. İndi isə Paşinyan arzu edir ki, maliyyə dəstəyinin miqdarı artırılsın və bu maliyyə ilə hansısa problemləri həll etsin. Çünki Rusiyadan da maliyyə dəstəyi yoxdur, ABŞ və Qərb demək olar ki, dəstək vermir. Yeganə mənbə erməni diasporasıdır və Nikol populist bəyanatlarla bu pulları əldə etməyə çalışacaq. Ola bilsin ki, Paşinyanın yuxarıda müzakirə etdiyimiz bəyanatının səsləndirilməsində məqsədlərdən biri də budur.

– Sentyabrın 16-da Tehranda “51-ci erməni olimpiadası” başlayıb. Bu yarışlarda Gürcüstan, Ermənistan, İraq, Yəmən, Oman kimi ölkələrin komandası ilə yanaşı Dağlıq Qarabağdakı sepatçı rejimin komandası da təmsil olunur. Siz qonşu İranda keçirilən bu tədbirdə Qarabağ separatçılarının iştirakına yaşıl işıq yandırılmasını necə izah edərdiniz?

– Birincisi, hesab edirəm ki, bu İran rəhbərliyinin səhvidir. İlk növbədə ona görə ki, indiki vəziyyətdə bu qərarın yüksək səviyyədə qəbul edilməsinə şübhə yoxdur. Yeri gəlmişkən, bu oyunlardan sonra İran rəhbərinin Ermənistana səfərinin planlaşdırılması haqda məlumatlar var. Situasiya nədən ibarətdir? İndi Azərbaycana İrana qarşı mövqeyində aktiv olmasına dair çoxlu təkliflər verilir. Bunu hansı qüvvələrin istəməsi, əvəzində Azərbaycana hansı köməklər, hətta hərbi kömək və proqramların veriləcəyi də bəllidir. Sadəcə bu cür addımı atmamaqda Azərbaycan dövləti hər zaman israrlı olub. Amma belə hərəkətlərlə Azərbaycanı təşviq edirlər ki, anti-İran kampaniyasına qoşulaq. Bir daha qeyd edirəm ki, İran ərazilərində erməni tədbirlərinin keçirilməsi və ora Qarabağdan hansısa “idman komandasının” gəlişinə yaşıl işıq yandırmaq ilk növbədə Tehranın maraqlarına cavab verməyən addımdır. Buna ancaq təəssüf etmək olar. İran bu kimi addımlarla əslində Azərbaycanda özünə qarşı narazılıq yaradır. Burada ayrı fikir ola bilməz. Biz bu cür addımlardan narazıyıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar