Xəbər lenti
Alimlər yuxuda insana dəhşət yaşadan səbəbi açıqlayıb
Yetkinlərin səkkiz faizi yuxuda başqa dünyadakı qüvvələrin varlığını hiss edir. Sxem təkdir: qəfil kiminsə baxışından oyanır və tərpənə bilmirsən. Bəziləri kiminsə sinəsində oturaraq boğazını sıxdığını hiss edir. Həkimlər bunu yuxu iflici adlandırırlar. Bu vəziyyət xroniki yorğunluq, stress və yuxusuzluqdan meydana gəlir.
“Dəhşət filmi kimi”
“Mən oyanıram və başa düşürəm: tərpənə bilmərəm. Qışqırıram, “Ana, mənə kömək et”, amma o, dəhşətli filmlərdə olduğu kimi məni eşitmir və sakitcə televizora baxır. Sanki mən gözəgörünməz bir xəyalam. Bəli, bu dəhşətlidir. Bədəninlə heç nə edə bilmirsən. Kimsə yanındadır, amma sən hərəkət edib söz deyə bilmirsən”.
İnternetdə buna bənzər bir çox hadisələr var. Amerikalı tədqiqatçılar hətta belə etirafları topladıqları bir sayt da yaradıblar. Onların dediyinə görə, ən çox ağır stress və yuxusuzluq yaşayan tələbələr yuxu iflicindən (28 faizdən çox) əziyyət çəkirlər. Bəzi hesablamalara görə, yetkinlərin isə təxminən səkkiz faizi həyatlarında ən azı bir dəfə bu vəziyyətlə qarşılaşıblar.
“Qəfil yuxu”
“İnsan yatanda əvvəlcə səthi bir xəyala dalır, sonra yuxu dərinləşir, sonda isə yuxu görür - bu sürətli yuxu fazasıdır. Bu zaman insanın yuxusunda gördüklərini hərəki olaraq etməməsi üçün əzələ tonusu aşağı düşür. Belə yuxu bəzən çox tez, bəzən isə çox gec gəlir. Bəzi hallarda insan yuxuya getmədən əzələ tonusu düşür. Bu zaman insan ətrafında baş verən hər şeyi eşidir, amma reaksiya verə bilmir və bu da yuxu iflicinin bir növüdür”, - deyə Seçenovski Universitetinin sinir xəstəlikləri və neyrocərrahiyyə kafedrasının dosenti, 3 nömrəli Universitet Klinik Xəstəxanasının Yuxu Tibb şöbəsinin müdiri, tibb elmləri namizədi Mixail Poluektov bildirib.
“Cənubi isveçrəli, neyromərkəzinin professoru, həmkarım Klaudio Basetti ilə birlikdə üçüncü ildir ki, sinir sistemi xəstəliklərindən biri olan yuxu iflici xəstəliyi narkolepsiyanı araşdırırıq. Əldə etdiyimiz məlumatlara görə, hallüsinasiyalar və yuxu iflici narkolepsiya xəstələrinin demək olar ki, 60 faizi üçün xarakterikdir. Ancaq əksi düz deyil. Yuxu iflici keçirənlərin çox az hissəsi narkolepsiya xəstəliyindən əziyyət çəkir. Buna görə də bu vəziyyət bir dəfə baş verərsə, cəld həkimə müraciət etməyinizə ehtiyac yoxdur. Bu tez-tez baş verirsə, əlbəttə ki, bir mütəxəssislə məsləhətləşmək daha yaxşıdır. Xüsusilə, risk altında - 15-25 yaş arasındasınızsa...”, - deyə Klaudio Bassetti açıqlama verib.
“Ölümə bənzər yuxu”
Amerikalı neyrofizioloqların araşdırmasına görə, yuxu iflici olan insanların yaşadığı duyğular ölümə çox bənzəyir. İnsanlar özlərini kənardan görürlər, hərəkət edə bilmirlər, başqa dünyadakı qüvvələrin varlığını (daha çox şeytani) hiss edirlər. Tədqiqatçılar bunu beynin işləməsi ilə əlaqələndirir.
“Narkolepsiya və yuxu iflicinin genetika ilə əlaqəli olduğu düşünülür. Ancaq bu yalnız bir fərziyyədir. Çünki bu vaxta qədər yuxu iflicinin, yuxu pozuntularının yuxusuzluq və stresslə birbaşa əlaqəli olduğu, onların aradan qaldırılması ilə həll olunduğu müəyyənləşib”, - deyə professor Bassetti əlavə edib.
Mixail Poluektovun sözlərinə görə, yuxu iflici insana heç bir zərər vermir. O, adətən iki dəqiqə və ya bir neçə saniyə davam edir, xoşagəlməz xatirələrdən başqa heç bir iz qoymur:
“Əlbəttə ki, dərman qəbul edə bilərsiniz. Lakin bunu yalnız belə hal tez-tez baş verərsə, etmək olar. Ümumiyyətlə isə yuxu rejimini normallaşdırmaq, fiziki yüklənməni və stressi azaltmaq kifayət edər”, - deyə alim tövsiyə edib./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar