Xəbər lenti
Elmira Axundova çayxanaları tənqid etdi: Oğlunun çayxanası üzə çıxdı - ŞƏKİL
Deputat Elmira Axundova sosial şəbəkə istifadəçilərinin tənqidlərinə məruz qalıb.
Manevr.az xəbər verir ki, deputatın hədəfə gəlməsinin səbəbi çayxanalar barədə səsləndirdiyi fikirlərdir.
Elmira Axundova Milli Məclisin Mədəniyyət komitəsinin iclasında gənclərin çayxanalara üz tutmasından gileylənib.
“Yerlərdə gənclərlə, cavanlarla bağlı məsələ düşündürücüdür. Çayxanalar bu gün onların “əsas” söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir.
Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz”,- deyə deputat bildirib.
Prinsipcə Elmira Axundovanın fikirlərində hər hansı qəbahət yoxdur. Əksinə, deputat doğrudan da aktual mövzuya toxunub. Lakin məsələ burasındadır ki, Bakıda ən iri çayxanalardan biri Elmira Axundovanın oğluna məxsusdur. Söhbət “Çardaq” çay evindən gedir.
Bir neçə mərtəbədən ibarət olan çayxana Nərimanov rayonu ərazisində fəaliyyət göstərir. Elmira Axundova bu faktı təkzib edə bilməz. Çünki sözügedən çayxana barədə deputatın oğlu Həbib Axundov da danışıb. O, mediaya açıqlamasında belə bir çayxanasının olduğunu bildirmişdi. Bu baxımdan sosial şəbəkə istifadəçiləri Elmira Axundovanın səmimi olmadığını qabardaraq onu tənqid atəşinə tutublar.yenisabah
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar