Xəbər lenti
“Ölkədə ildə 500-dək talasemiyyalı uşaq doğulur” — Millət vəkili
“Azərbaycanda ildə 500-dək talasemiyyalı uşaqlar dünyaya gəlir. Odur ki, bu gün Azərbaycanda anemiyadan əziyyət çəkən insanların sayı getdikcə artır. Ona görə də bu problemin həll etmək lazımdır”.
.
Manevr.az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxşı zamanı deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı parlamentdə dinləmələrin keçirilməsinə ehtiyac var.
“Təklif edərdim ki, dinləmələr hemoqolonopotiya adı altında keçirilsin. Ölkədə ildə 500-dək talasemiyyalı uşaq dünyaya gəlir.
Digər bir təklifim isə telekanallarda dərman pereparatlarının reklamı ilə bağlıdır. Dərmanlaırn reklamının qadağan olunması ilə bağlı qanun qüvvəyə minsə də, telekanallardakı verilişlərdə özəl klinika həkimləri tərəfindən hələ də dərman pereparatlarının reklamının şahidi oluruq. Bunun qarşısı alınmalıdır”,- deyə deputat bildirib.
Komitənin iclasında müzakirələr zamanı səslənən fikirlərə mövqeyini bildirən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, səslənən problemlərin həlli İcbari tibbi sığortaya qalıb:
“Hesab edirəm ki, İcbari tibbi sığortanın tətbiqi ilə səslənən problemlərin həllinə nail olmaq mümkün olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar