Xəbər lenti
Tovuzda 70-dən çox şagird bilik günündə məktəbə gedə bilməyib - VİDEO
Tovuzda 70-dən çox şagird bilik günündə məktəbə gedə bilməyib. Səbəb təhsil ocağına gedən yolun bağlanmasıdır. Əvvəllər məktəbə getmək üçün 3 km yol qət etməli olan şagirdlərin yolu iki dəfəyədək artıb. Mövcud vəziyyət şagird və valideynləri narahat edir.
Tovuzun dağ kəndlərindən biri olan Şamlıq kəndinin yeni yaşayış massivində Murad kimi daha 70 şagird Bilik gününü doğma siniflərində keçirə bilməyib... Çünki təhsil ocağına gedən yolları bağlanıb..
Əvvəllər üç kilometr yol qət edib, əkin sahələrinin içi ilə qonşu kəndə məktəbə gedirdilər. Bu il onların yolu ərazidə aparılan təmir-tikinti işlərinə görə iki dəfəyədək uzanıb.
Sakinlərin bu ərazidə tikiləcək 4 zolaqlı yüksək sürətli avtomobil yolu ilə bağlı da narahatlıqları var. Onların sözlərinə görə, burada yolu təhlükəsiz şəkildə keçmək üçün piyada keçidi nəzərdə tutulmayıb..
Yeni yaşayış massivində 70 ev var və burada 500 nəfərdən çox sakin yaşayır. Tovuz rayonunun baş memarı vəzifəsini icra edən Mübariz Məmmədov bildirib ki, ərazidə keçidin tikilməsi üçün Dövlət Avtomobil Yolları Agentliyinə müraciət edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar