Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərin etdiyi biabırçılıq

Tarix: 17-09-2019 13:13     Baxış: 3168 A- / A+
Müəllimlərin etdiyi  biabırçılıq

Dünən Azərbaycanda yeni tədris ilinin ilk dərs günü idi. 1 525 016 şagird təhsil müəssilərinə dərsə getdi və təbii ki, onları öz müəllimləri qarşıladı.

Dünən dərsə gedən şagirdlərin bir çoxu gül buketləri də aparmışdılar, sevimli müəllimlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik etmək üçün...

Və həmin buketlər müəllimlərə verildi...

Amma təəssüf ki, şagirdlərinin gətirdiyi gül buketlərinə ağız büzən müəllimlər də oldu... Və elə bu səbəbədən də hövsələsizlik edib onlara təqdim olunan gül dəstələrini zibil qutularına tulladılar...

Halbuki, ən azı nəzakət xatirinə həmin buketləri evə apara, sonra heç kim görmədən ata bilərdilər... Amma bəziləri bunu etmədilər... Buketləri elə məktəbin yanındakı zibil qutusuna atdılar... Həm də hamının görə biləcəyi şəkildə, nümayişkaranə...

Yəqin ki, bəzi “pedaqoqlar” anlamadılar ki, hər valideyn üçün gül almaq asan məsələ deyil. Ən azı, bunu düşünməli və belə etməməliydilər...

Sosial şəbəkədə paylaşılan bu şəkil müəllimlərin qınağa tuş gəlməsinə səbəb olub, onların adına xoşagəlməz söz gətirib... Təəssüf...

Bütün hallarda güllərin yeri zibil qutusu deyil...modern.az

Manevr.az
Müəllimlərin etdiyi  biabırçılıq

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar