Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əhaliyə şad xəbər - Yeni iş yerləri açılacaq

Tarix: 16-09-2019 12:43     Baxış: 3193 A- / A+
Əhaliyə şad xəbər - Yeni iş yerləri açılacaq

Ümumi Daxili Məhsulun (ÜDM) artımı ilə bağlı proqnoz özünü doğruldarsa, Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək. Ölkə iqtisadiyyatının böyüməsi isə öz növbəsində yeni iş yerlərinin açılmasına və istehsalın daha da artmasına gətirib çıxarır.

Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozu şərh edərkən deyib.

R.Həsənov ixracın təşviqindən də söz açıb. Ekspertin fikrincə, rəqabətli məhsul istehsalı və onun bazarlara təşviqi ixracın artması üçün əsasdır.

“Ola bilsin ki, iqtisadiyyat təkcə daxili tələbatın ödənilməsinə hədəflənən istehsal hesabına böyüsün. Amma bu, o demək deyil ki, ÜDM artsa, ixrac da mütləq genişlənəcək”, - deyə R.Həsənov əlavə edib.

Ekspert son illər ixracın təşviqi ilə bağlı müxtəlif addımlar atıldığını xatırladıb:

“Xüsusilə qeyri-neft sektoruna aid olan məhsulların ixracının artırılması məsələsi hazırda prioritetdir. Bu addımlar öz effektini verməkdədir. 2019-cu ilin nəticələrinə görə, qeyri-neft məhsullarının ixracında 15 faiz artım var. Buna bənzər tendensiyanın 2020-ci ildə ümumi nəticələrə təsir edəcəyini və ixracda öz əksini tapacağını demək mümkündür”.

Qeyd edək ki, Maliyyə Nazirliyi Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin hazırladığı proqnoza əsasən, 2020-ci ildə ÜDM-in real iqtisadi artımı 2,4 faiz artmaqla, 82,7 milyard manat olacaq.

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə, 1 milyard 316 milyon manat və yaxud 5,7 faiz çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7 faiz çoxdur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar