Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Abşeron və Sumqayıtda yaşayanlara xoş xəbər - VİDEO

Tarix: 13-09-2019 12:53     Baxış: 4193 A- / A+
Abşeron və Sumqayıtda yaşayanlara xoş xəbər - VİDEO


Hər gün milyonlarla avtomobil paytaxtın şimal girişi sayılan Sumqayıt şossesindən daxil olur. Yolda yaranan tıxac və sıxlıqlarda o insanlar müəyyən qədər vaxtlarını itirir. Nəzərə alsaq ki, qarşıdan yeni tədris ili gəlir, bu vəziyyət bir azda acınacaqlı olacaq.

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Günün pik saatlarında yaranan bu mənzərə ilə təkcə Sumqayıtdan paytaxtda iş, təhsil dalınca gələnlər yaşamır. Eyni problemlə Abşeron rayonunun sakinləri də üzləşir. Bu daha çox 20 yanvar, Xırdalan dairələri arasındakı hissədə özünü qabarıq biruzə verir.

Elməddin Muradlı – Ekspert: "Xırdalan dairəsindən üzü şəhər istiqamətinə gələndə, yenə 6 zolaqlı yol gəlib Şamaxinka dairəsindəki tuneldə tıxanır. 6 zolaqlı yol gəlib 2-3 zolaqlı yola daxil olanda əlbəttə tıxcac olacaq. Və Xırdalan dairəsi dağıdılmasa, o 6 zolaq gəldiyi kimi davam etməsə, orda problem heç vaxt həll olunmayacaq”.

Paytaxtda şimaldan daxil olan vətəndaşlar istər giriş zamanı, istərsə də şəhəri tərk edərkən təminən gündə 1 saat saat yarım vaxt itirir. Bu isə günlərə, aylara vurduqda kifayət qədər böyük rəqəm edir.

Avtobus sürücüsü: "Səhər-səhər üzü şəhərə tərəf tırac olur, axşam isə əks istiqamətdə. Əlbəttə ki, bu vəziyyət işimizə təsir edir”.

Sakin: "Səhərlər 09:00-a qədər, axşam isə əks istiqamətdə 18:00 və 20:00 arası tıxac olur”.

Yol polisi deyir deyir ki, pik saatlarda şəhərdən çıxış zamanı yaranan problem Moskva prospektindəki sürücü özbaşınalığıdır.

Vaqif Əsədov – BŞBDYPİ-nin bölmə rəisi: "Şamaxınka ərazidən 20 yanvar dairəsi ərazi istiqamətində yolun hər iki hissəsində dayanma-durma qaydalarının yerinə yetirilməməsi bu ərazidə hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri üçün süni sıxlıq yaradır”.

Problemin həlli üçün yeni təkliflər də hazırdır. Artıq həmin layihə aidiyyatı qurumlara da təhvil verilib.

Elməddin Muradlı – Ekspert: "Xırdalan dairəsinin tam dağıdılması, yeni bir infrasturukturun yaradılması, yəni axının tarazlanması layihəsi davam etdirilir, amma bu layihənin icrası üçün 6 ay vaxt lazımdır”.

Bu layihənin nə vaxt icra olunacağı isə hələlik bilinmir. Buna kimi isə, hər gün eyni mənzərə, eyni əsəb və köhnə problem öz yerində qalır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar