Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulunu dayandırdı

Tarix: 12-09-2019 19:51     Baxış: 3257 A- / A+
Təhsil Nazirliyi şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulunu dayandırdı

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 15 sentyabr 2019-cu il tarixindən 15 oktyabr 2019-cu il tarixinə qədər dayandırılacaq.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.

Bununla yanaşı, 15 sentyabr 2019-cu il tarixinə qədər qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46,173 müraciət daxil olub. Onlardan 42,196 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 3430 sorğu hazırda icra edilir, 547 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri və regionlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar