Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlərə verilən "çörəkpulu" artırılacaq? - RƏSMİ MƏLUMAT

Tarix: 11-09-2019 15:50     Baxış: 3596 A- / A+
Məcburi köçkünlərə verilən "çörəkpulu" artırılacaq? - RƏSMİ MƏLUMAT

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağı haqqında məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətində prioritet istiqamətlərdəndir.

Dövlətimizin başçısı məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” 26 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Həmin vaxtdan etibarən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin edilməyən sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər 33 manat, bu kateqoriyaya aid edilməyən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə 60 manat məbləğində vahid aylıq müavinət alırlar.

Xatırladaq ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət 1 yanvar 2017-ci ildən tətbiq olunur.

Hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağına dair məlumat yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar