Xəbər lenti
Rəşid Mahmudov: "Mir Şahin Stalindir, Lenindir?"
"Ay oğul Mir Şahin nədir e? Sən Allah, başqa işlə məşğul olun".
Manevr.az xəbər verir ki, bu sözləri yeniavaz.com-a açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov, jurnalist Mir Şahin Ağayevin uşaq pulu məsələs ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib: "Mir Şahin Stalindir, Lenindir ya Marksdır? Ay oğul, Mir Şahin nədir e? Sən Allah, başqa işlə məşğul olun".
R. Mahmudov həmçinin uşaq pulu məsələsi ilə bağlı öz fikirlərini də bildirib. O Azərbaycanda uşaq pulunun verilməsinin tərəfdarı olduğunu vurğulayıb: "Uşaq pulu niyə verilməməlidir axı? Hətta Rusiyada doğulan hər bir oğlana 10 min dollar pul verirlər. Uşaq pulu Azərbaycanda da verilməlidir. O zaman artım olmaz axı, millət artmaz, inkişaf olmaz. Mütləq verilməlidir".
Qeyd edək ki, tanınmış jurnalist Mir Şahin Ağayev özünün "Mir Şahin vaxtı" analitik proqramındakı şərhində uşaq pulu verilməsi ilə bağlı, "bu müavinət bərpa oluna bilməz" ifadələrini işlədib və bu fikrini bir neçə səbəblə müdafiə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar