Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda daşqın təhlükəsi – Yağışlar davam etsə, qaçılmaz olacaq

Tarix: 09-09-2019 15:37     Baxış: 3183 A- / A+
Azərbaycanda daşqın təhlükəsi – Yağışlar davam etsə, qaçılmaz olacaq


Azərbaycanda daşqın təhlükəsi gözlənilir.

Manevr.az bildirir ki, bunu oxu.az-a Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi şura üzvü, coğrafiya elmlər doktoru Məhəmməd Abduyev deyib.

Onun sözlərinə görə, ölkə ərazisində yağıntılar davamlı olduğu halda daşqınların olması qaçılmazdır:

“Çayın qida mənbəyi ilk növbədə yağıntılardır. Atmosfer yağıntıları intensiv və leysan xarakterli olduğu zaman daşqınların olması da gözləniləndir. Daşqınlar, əsasən, Böyük Qafqazın cənub yamacında, şimal-şərq yamacında (Quba-Xaçmaz zonası), Qafqazın şimal-şərqində, Lənkəran çaylarında müşahidə edilə bilər.

Kür çayı üçün ən aşağı minimum səviyyə sentyabrda, Araz da isə avqustda olur. Əksinə olaraq, Kürdə maksimum səviyyə apreldə, Arazda isə mayda qeydə alınır. Amma qısamüddətli intensiv yağıntıların düşməsi ilə əlaqədar Kürdə suyun səviyyəsinin qalxması müşahidə edilə bilər. Amma bu, davamlı deyil”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla, normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində də artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 348 sm təşkil edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar