Xəbər lenti
Bağça-məktəb qidaları dəyişir - "yaşıl", "sarı" və "qırmızı" vərəqlər hazırlandı

Qida Təhlükəsizliyi Agentliyi təhlükəsizliyə nəzarət edəcək
Səhiyyə Nazirliyi məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə uşaqlar üçün qida rasionunun hansı formada olması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra AQTA həmin qidaların nə qədər təhlükəsiz olduğuna nəzarət edəcək: "Biz tövsiyə üçün "yaşıl", "sarı" və "qırmızı" vərəqələr də hazırlamışıq. "Yaşıl" vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlar üçün hansı qidaların qəbuluna tamamilə icazə verilməli olduğu qeyd edilib. "Sarı" vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. "Qırmızı" vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".
Bundan başqa yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar