Xəbər lenti
Əlillərə bu sahələrdə işləmək qadağan edildi
Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edib.
Manevr.az xəbər verir ki, qaydalarda əlillərin işləməsi qadağan olunan yerlərin siyahısı da müəyyən edilib.
Qeyd edilir ki, əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlilliyi olan şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir:
- partlayış xarakterli işlər;
- sualtı işlər;
- şaxtalarda və mədənlərdə yeraltı işlər;
- qaynar sexlərində görülən işlər;
- nəqliyyat vasitələrinin idarə edilməsi;
- hündürlükdə aparılan tikinti işləri və özül işləri;
- yüksək səs-küylü istehsalat işləri;
- zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə
bağlı işlər;
- əlverişsiz meteoroloji şəraitlə (temperaturun kəskin və tez-tez dəyişməsi, rütubətin artması, havanın soyuması) bağlı işlər;
- böyük fiziki gərginliklə (yükdaşıyanlar, yerqazanlar və
s.) bağlı işlər;
- hərəkət edən mexanizmlərə (vestibülyar aparatı
pozulmuş şəxslər üçün) bağlı işlər;
- qışda isidilməyən binalarda, küləkçəkən yerlərdə
yerinə yetirilən, ayaqqabının və paltarın islanması, əllərin soyuq suya salınması ilə bağlı işlər;
- elektrik və maqnit sahələrinin statik təsiri ilə bağlı işlər;
- radioaktiv maddələrlə və digər şüa ionlaşdıran mənbələrlə bağlı işlər;
- ultrasəsin təsiri ilə bağlı işlər;
- səsin intensivliyi 80 desibeldən artıq olan (optimal
norma isə 55-60 desibel və aşağı ola bilər) işlər;
- zəhərli kimyəvi maddələrlə bağlı işlər;
- əsəb-emosional gərginlikli işlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar