Xəbər lenti
Əlilləriin işi ilə bağlı TƏLƏBLƏR
İş masasının daxüsusi imkanları olmalıdır
Azərbaycanda əlil arabasında hərəkət edən əlilliyi olan şəxslərin iş yeri ilə bağlı tələblər müəyyənləşib. Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”na əsasən, əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün oturaq iş yerlərinin yaradılmasına üstünlük verilir. Bu halda sərbəst rejimli, xüsusi tapşırığın yerinə yetirilməsi tələb edilməyən işlər seçilməlidir.
Oturaq vəziyyətdə işlərdə əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün iş yeri yaradıldıqda, iş yeri antropometrik və erqonomik tələblərə cavab verən əsas və köməkçi avadanlıqlarla təchiz edilməlidir. İş yeri təşkil edilərkən, əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin fərdi tələbatları, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınmalıdır.
Əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin iş yerinin təşkilində istifadə olunan və nəzərə alınan əsas elementlər aşağıdakılardır:
- antropometrik və anatomik-morfoloji məhdudiyyətləri kompensasiya etmək üçün nəzərdə tutulmuş xüsusi avadanlıq və qurğuların mövcud olması;
- antropometrik və anatomik-morfoloji xüsusiyyətlər nəzərə alınmaqla, əsas avadanlıq və qurğuların istifadəsinin səmərəsini artırmaq üçün əlavə olaraq hazırlanmış xüsusi əl alətlərinin mövcud olması;
- antropometrik və anatomik-morfoloji xüsusiyyətlər nəzərə alınmaqla, material və detalların işlənməsi üçün istifadə olunan texnoloji avadanlıqların idarə edilməsinin əsas elementlərinin iş yerinin hüdudlarında yerləşdirilməsi;
- əmək xəsarətinin qarşısını almaq üçün bütün elementlərin iş yerinin hüdudlarında təhlükəsiz şəkildə möhkəm bərkidilməsi;
- əlil arabasının dönməsi üçün əlavə sahənin ayrılması.
İstehsal avadanlıqları və mebellər yerləşdirilərkən, əlil arabasında hərəkət edən əlilliyi olan şəxslərin giriş, dönüş və maneəsiz keçid imkanlarının təmin edilməsi üçün aşağıdakı tələblər nəzərə alınmalıdır:
- istifadə edilən bütün avadanlığın və mebellərin əlçatan zonada yerləşdirilməsi;
- iş yerinin, giriş və çıxış yollarının normal işıqlandırılması, avadanlıq və mebelin düzülüşünün rahatlığı, əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının təmin edilməsi.
Əlilliyi olan şəxslərin işlədikləri istehsal obyektləri təbii və süni işıqlandırma ilə təmin edilməlidir. Orta dəqiqlik tələb edən işlərdə işıqlandırma 500 lüksdən, az dəqiqlik tələb edən və kobud işlərdə 300 lüksdən az olmamalıdır.
Əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin istifadə etdiyi avadanlığın, mebelin və iş görülən səthin ona uyğunlaşdırılmış, lazım gəldikdə yeri dəyişdirilə bilən fərdi elementləri olmalıdır. İş yerinin elementlərinin və onun ətrafında olan əşyaların parıldayan hissələri olmamalıdır. Texniki təchizat öz ölçülərinə görə antropometrik tələblərə uyğun olmalı, dayanıqlılığa malik təhlükəsiz və rahat istifadəni təmin etməlidir.
İş masasının aşağıdakı xüsusiyyətləri və imkanları olmalıdır:
- masa səthinin hündürlüyünün və meylliyinin dəyişdirilməsi;
əlavə yerli işıqlandırma;
- köməkçi avadanlığın əlavə bərkidilməsi;
- çəkilən siyirmələrin, əşya və alətləri saxlayan tutacaqların olması.
İş stulunun aşağıdakı xüsusiyyətləri və imkanları olmalıdır:
- oturacaq və söykənəcəyin hündürlüyünün və meylliyinin dəyişdirilməsi;
- əlavə ayaqaltıların quraşdırılması (zəruri olduqda);
- əlavə qoltuqaltıların quraşdırılması;
- hərəkəti asanlaşdırmaq üçün əlavə dəstək və tutacaqların quraşdırılması.
Əlil arabasında hərəkət edən əlilliyi olan şəxs üçün iş yeri təşkil edilərkən iş avadanlığının, mebelin seçilməsi və yerləşdirilməsi hərəkət sisteminin pozulması və əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan aşağıdakı tələblərə uyğun olaraq həyata keçirilməlidir:
- əlil arabasının şaquli ox ətrafında fırlanması üçün tutduğu sahənin qabaritləri - 1400 x 1400 mm;
- ətraf mühitdəki elementlərin əlçatanlığı üçün elementlər yan tərəfdə yerləşdikdə 1300 mm-dən hündür, 250 mm-dən alçaq olmayan, frontal vəziyyətdə yerləşdikdə isə 1200 mm-dən hündür olmayan məsafədə.
Zəruri olduqda, kompüterdə işləməyi nəzərdə tutan iş yerləri xüsusi klaviatura və digər idarəetmə elementləri ilə təchiz edilir. Kompüterdə iş nəzərdə tutan iş yeri elə mebellə təchiz edilməlidir ki, onun altındakı yer əlil arabasının girişi və iş üçün şərait yaratsın. Masaaltı hissədə ayaqlar üçün ən azı hündürlüyü 600 mm, eni 500 mm, dərinliyi 450 mm, zəruri hallarda əlil arabasının sərbəst keçməsi üçün boş sahə olmalıdır.
Əlil arabasında hərəkət edən əlilliyi olan şəxs üçün aşağıdakı tələblər binanın sifarişçisi tərəfindən nəzərə alınmalıdır:
- binada əlil arabasının hərəkəti üçün xüsusi girişin olması;
- binada xaric pilləkənlərin və rampaların tutacağının olması;
- əlilliyi olan şəxslərin gediş-gəlişi üçün yollarda rampanın (eniş) mailliyinin normadan (maksimal hündürlüyü 0,8 m olan rampanın bir yüksəlişinin (gedişinin) mailliyinin 8 faizdən artıq olmaması, hərəkət yolunda hündürlük 0,2 m-dən az olduqda, rampanın mailliyinin 10 faizədək artırılmasına yol verilməsi) artıq olmaması.
Əlilliyi olan şəxslər üçün sanitariya-məişət xidmətləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq təmin edilməlidir. İctimai sanitar qovşaqlarında bütün vətəndaşların, o cümlədən əlil arabasında hərəkət edənlərin istifadə 8 edə biləcəyi ən azı bir müyəssər (asan hərəkət edən) kabinə olmalıdır. Müyəssər kabinənin eni 1,65 m, uzunluğu isə 1,8 m olmalıdır. Kabinədə əlil arabasını yerləşdirmək üçün yer, eləcə də paltar, qoltuqağacları və digər aksesuarlar üçün qarmaqlar olmalıdır. Zəruri hallarda kabinədə tutacaqların, dönən və qatlanan oturacaqların quraşdırılması imkanı yaradılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar