Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İntim problemləri olan kişilərə bu sözləri əsla deməyin - Hər şeyi məhv edən 7 cümlə

Tarix: 08-09-2019 10:39     Baxış: 3234 A- / A+
İntim problemləri olan kişilərə bu sözləri əsla deməyin - Hər şeyi məhv edən 7 cümlə

Müəyyən yaşlarda kişilərdə baş verən erektil disfunksiya, səbəbi bilinməyən psixogen istəksizlik və s. problemlər qadınlardan təbii ki, gizlədilə bilmir. Vəziyyəti yoxlamaq, düzəltmək üçün kişiyə qadının köməyi lazımdır, bu zaman isə qadın dəstək olmaq əvəzinə daha da ruhdansalıcı, kişini depressiyaya salan və özündən çıxaran suallar, fikirlər səsləndirir.

Psixoloqlar intim problemi olan kişiyə deyilməməli 10 fikri təqdim edir. Qadınlar bu cümlələri deməsələr yaxşı olar.

1.Səndə heç axırıncı dəfə nə vaxtsa ereksiya olub?

Təbii ki, olur. Əgər kişidə psixogen disfunksiyadırsa, o məhz oyaq olanda, real olaraq qadınla münasibətdə ereksiya ola bilmir.
Gecələr isə yuxuda olduqda, beyin söndüyündən, qeyri-ixtiyari ereksiya baş verir. Vəziyyətin fiziki olub olmamasını aydınlaşdırmaq üçün cinsi orqanın damarlarının USM müayinəsi lazımdır.

2."Sən impotentsən".

Bu termin çoxdandır bədii dildə və tibb dilində istifadə olunmur. İnpotentlik deyə diaqnoz yoxdur, ona görə bu söz birbaşa təhqir və alçaltmadır.
Bu sözə görə kişi sizə nifrət edə bilər. Ona görə bu sözü unudun

3. Sən heç nəyə qadir deyilsən, fərsizsən

İttiham etmək və əbədi damğa vurmaq asandır. Hələ diaqnozu və səbəbi bilmədən. Təkcə bu cümlə kifayətdir ki, sonradan həmin kişi normal olsa da məh sizinlə əlaqəsi alınmasın. Kişini qadından soyudan səbəbdir. Ayrıla bilərsiz, kişi isə bu sözün psixoloji damğasını ömür boyu beynində, ürəyində daşıyacaq

4.Mən səni ehtiraslandırmıram?

Bu sual çox yersizdir. Əgər kişidə problem yoxdursa, səbəb siz deyilsiz. Bu sualı verməklə nə düşünürsüz, kişi açıq aşkar deyəcək ki, hə, nə gündəsən, daha səni bəyənmirəm?

5.Daha neyləmək olar, ölüm deyil ki.. Bunsuz yaşamağa alışmalıyıq

Bu söz kişilər üçün diri -diri məzara girməyə bərabərdir. Ola bilər, qadınlar üçün özlərinin frigidliyi və ya kişinin erektil disfunksiyası dünyanın sonu olmasın. Amma ən ağır halda belə ruhdan düşüb, vaz keçmək olmaz.

Əksinə fiziki aktivlik, müxtəlif oyunlar, müalicələr, fizioterapiya qadının dəstəyi ilə aktivləşməlidir. Kişini bir dəqiqə belə ruhdan düşməyə qoymayın

6. Az pornoya baxıb, masturbasiya edərdin, bilmirdin axırı budur?

Doğrudur, erotik fimlərə, saytlara baxmaq gənc kişilərə realda partnyorla münasibətdə bəzi məqamlarda mane olur. Amma heç bir elmi təcrübə sübut etməyib ki, masturbasiya və porno fimlər kişidə erektil disfunksiya yaradır. Bu mifdir və bu sözdən yaşlı adamlar, xüsusən qadınlar çox istifadə edərək, kişini günahlandırmağa davam edir

7.Bəlkə dərmana keçəsən?

Ereksiya üçün müxtəlif məşhur dərmanları, Viaqranı kişiyə qadının təklif etməsi yolverilməzdir. Üstəlik bu dərmanları da həkim təyin etməlidir, çünki bəzi əks göstərişləri var. Məsələn kişi ürək, təzyiq dərmanı qəbul edirsə, belə dərmanlar infarkta səbəb ola bilər.

Erektil disfunksiya yaşayan kişi üçün qadın tərəfindən ən yaxşı dəstək ona bir qədər fasilə, psixoloji, fiziki rahatlıq vermək, dincəlməsini təmin etmək, fizioterapiya, qaçış, velosiped sürməyə həvəsləndirmək lazımdır.

Çünki bu vərdişlər ayaqları hərəkət etdirdikdə cinsi orqanda qan dövranını yaxşılaşdırır. Daha sonra peşəkar həkim axtarıb, birlikdə müraciət etmək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar