Xəbər lenti
Evlənmək istəyən 2 mindən artıq şəxsdə müxtəlif xəstəliklər aşkarlanıb - VİDEO
"Evlənəndə yaşım az olduğu üçün başım çıxmırdı, tibbi müayinədən keçmədim”
Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, bu il nikaha daxil olmaq istəyən 2 mindən artıq şəxsdə müxtəlif xəstəliklər aşkarlanıb.
Tallesemiya, QİÇS, Siflis kimi təhlükəli xəstəliyin daşıyıcısı olan şəxslər təbii ki, tərəf müqabilləri həmçinin doğulacaq övladlarının sağlamlığı üçün da təhlükə yaradır. Təəssüf ki, belə halla qarşılaşan cütlüklər çox az halda nikahdan imtina edir. Bəzən də erkən və müayinədən keçmədən qurulan nikahlar bu xəstəlikdən əziyyət çəkənlərin sayını gün-gündən artırır.
Bağdasər İsayeva – Valideyn: "15 yaşımda ailə qurmuşam. Evlənəndə yaşım az olduğu üçün başım çıxmırdı, ona görə də tibbi müayinədən keçmədim. 2 il əvvəl qızımın leykoz xəstəliyindən əziyyət çəkdiyini öyrəndim. Xəstəliyin irsi keçdiyini dedilər. Məncə, evlənməzdən əvvəl hər kəs tibbi müayinədən keçməlidir. Çünkü biz özümüzün yox övladlarımızın həyatını məhv edirik”.
Bəli, Bağdasər xanımın dediyi kimi, gənc yaşlarında sırf istək, məhəbbət, qovuşmaq xatirinə ailə quranlar heç də az deyil. Cütlüklərin böyük əksəriyyəti evlənməzdən əvvəl həkim müayinəsindən də sırf məcburi olduğu üçün keçirlər. Nəticəsi isə çoxlarını evlənmə qərarından daşındırmır.
Aysel Erdoğan – Elmi-Tədqiqat Hematalogiya və Transfuziologiya İnstitutunun Şöbə Müdiri: "Əgər cütlüyün hər ikisində talesemiya daşıyıcılığı aşkarlanıbsa, bu, uşağın 25 faiz xəstə doğulma ehtimalı var deməkdir. Daşıyıcı cütlüklərə bizim məsləhətimiz olur ki, evlənməsinlər. Yox əgər onlar sırf ailə qurmaq qərarına gəliblərsə, bu fikirdə qəti qərarlıdırlarsa onlarla mütəmadi əlaqə saxlayırıq”.
Bu ilin 8 ayı ərzində nikaha daxil olmaq üçün 92 min 340 nəfər müayinədən keçib. Onlardan 2313 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 30 olub. Bundan başqa 142 nəfərdə sifilis, 94 şəxsdə isə QİÇS müəyyən edilib.
Natiq Zülfüqarov – QİÇS-lə Mübarizə Mərkəzinin Şöbə Müdiri: "Bu xəstəliyin ən geniş yayılmış növü cinsi yolla yoluxmadır. Sözsüz ki, gec ya tez onların 90 faizi bu infeksiyaya öz partnyorları tərəfindən yoluxurlar. Övladlar isə anasından bu xəstəliyə 3 dövrdə yoluxa bilərlər. Hamiləlik dövründə, doğuş zamanı və analar ana südü uşaqlarına bu xəstəliyi keçirə bilər”.
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi 2015-ci ildən tətbiq olunur. Lakin çox təəssüf ki, hər hansı xəstəlik aşkarlandığı halda qanun cütlüklərin evlənməsinə qadağa qoya bilmir. Bu yerdə artıq şəxsi vicdan işə düşməlidi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar