Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ölkədə internetin sürəti zəifləyib? - RƏSMİ AÇIQLAMA

Tarix: 03-09-2019 17:43     Baxış: 180 A- / A+
Ölkədə internetin sürəti zəifləyib? - RƏSMİ AÇIQLAMA

Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə əlaqədar provayderlərə müraciət edib, qarşılığında isə onlara heç bir problem olmadığını bildiriblər.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova iddiaların həqiqətə uyğun olmadığını deyib:

"Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən paytaxt və bölgələrdə rəqəmsal infrastruktur inkişaf etdirilir, daha dayanıqlı internet şəbəkəsinin qurulması üzrə işlər həyata keçirilir.

Fərdi qaydada aidiyyəti üzrə internetdə və telefon xətlərində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Oxu.Az-a açıqlamasında bu məsələyə iki aspektdən yanaşmağın zəruriliyini qeyd edib:

"İnterneti iki üsulla əldə etmək mümkündür - telefon xətti və ya optik yolla. Korlanmış telefon xətti internetin sürətinə kifayət qədər təsir göstərə bilər. Yox, əgər optik üsuldan istifadə edirsinizsə, o zaman internetin sürətinin zəifliyi 100 faiz provayderlərdən asılıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar