Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Huawei EMUI 10" intellektual interfeysi

Tarix: 03-09-2019 15:15     Baxış: 2161 A- / A+
"Huawei EMUI 10" intellektual interfeysi


"Huawei" şirkəti rəsmi olaraq EMUI10 firma istifadəçi interfeysinin yeni versiyasını təqdim etdi.

Yeni məhsulu təqdim edərək, "Huawei" Consumer Business Group-un proqram təminatının tərtibatı şöbəsinin rəhbəri, Van Çenqlu qeyd etdi ki, EMUI10 öz seqmentində mobil qurğuların istənilən istifadə ssenarilərində effektiv işləmək qabiliyyətinə malik olan ilk ƏS-dir.

Onun yaradılması yeni imkanların reallaşdırılması üçün imkanlar açır, məsələn, mobil və daşınan qadjetlərdən tutmuş avtomobil multimedia mərkəzlərinə qədər istənilən mobil qurğularından audio və video zənglərin edilməsi.

Eyni tətbiqi bütün növ qurğularda açmaq mümkün olacaq ki, bu da tərtibat xərclərini əhəmiyyətli dərəcədə azaltmaq, tərtibat effektivliyini artırmaq, ən əsası isə – istifadəçilərə bütün mümkün qurğularda identik interfeys və rahatlıq səviyyəsini təklif etmək imkanını verəcək. Həmçinin, EMUI tərtibatçılar komandası əməkdaşlıq üçün açıqdır və ekosistemin inkişafına tətbiqlərin və servislərin yaradılması üzrə mümkün qədər çox tərəfdaş cəlb etməyə ümid edir.

Son olaraq, doktor Van bildirdi ki, EMUI10-un daxili beta-sınağı 8 sentyabrda "Huawei" P30 qurğularında başlayacaq, yeni EMUI10 artıq Mate seriyalı növbəti smartfon nəslində mövcud olacaq.

Van Çenqlu, "Huawei" Consumer Business Group-un proqram təminatının tərtibatı şöbəsinin rəhbəri

Hər gün dünyada 500 milyondan çox insan EMUI-dən istifadə edir

Bu gün "Huawei" EMUI interfeysinin müxtəlif versiyalarından 216 ölkədə 500 milyondan çox insan istifadə edir. İnterfeys 77 dili dəstəkləyir. EMUI 1.0-in birinci versiyası 2012-ci ildə yaradıldığı andan etibarən 7 il ərzində, interfeys çoxsaylı texniki təkmilləşdirmələr alıb.

EMUI interfeysinin yenilənməsi "Huawei" şirkətinin istifadəçi təcrübəsi keyfiyyətinin artırılması istiqamətində prioritet məqsədlərindən biri oldu. Statistika göstərir ki, EMUI 8.0 və EMUI 9.0 üçün yenilənmə payı müvafiq olaraq 79%-ə və 84%-ə çatmışdır və, ilkin qiymətləndirməyə əsasən, EMUI 10-a keçəcək istifadəçilərin sayı 150 milyona çatacaq.

Son illərdə "Huawei", Android sisteminin ümumi səmərəliliyini artırmağa çalışaraq, öz interfeysinin tərtib edilməsinə əhəmiyyətli investisiyalar yatırır. Belə ki, GPU Turbo texnologiyası qrafikanın işlənməsinin effektivliyini 60% artırmışdır, Link Turbo şəbəkələrin aqreqasiyası texnologiyası isə eyni zamanda həm 4G, həm də WiFi şəbəkələrinə keçidi təmin etdi ki, bu da yalnız 4G şəbəkəsinin istifadə olunması variantı ilə müqayisədə, verilənlərin ötürülməsi sürətini 70% artırır.

Digər funksiyalar arasında Android ƏS-də təsadüfi oxuma sürətini 20% artıran EROFS fayl sistemini və kənar tətbiqlərin yerinə yetirilməsini 60% səlisləşdirən Ark Copiler kompilyatorunu qeyd etmək lazımdır.

EMUI 10 üç əsas təkmilləşdirmə əldə edib. Bu təkmilləşdirmələr interfeysə, müxtəlif ssenarilərdə istifadə rahatlığının artırılmasına və iş sabitliyinə aiddir. Bundan əlavə, EMUI 10-da yeni qaranlıq rejim mövcuddur ki, bu rejim axşam və gecə vaxtlarında gözlər üçün daha rahatdır.

O, qaranlıq fonda konstrastlığı, mətnin və sistem düymələrinin rəngini optimallaşdırır, bu isə, nəticədə, ümumi vizual qavramaya və mətnlərin asan şəkildə oxunmasına müsbət təsir göstərir.

Paylaşdırılmış texnologiya eyni zamanda bir neçə qurğuda işləmək üçün imkanları genişləndirir

EMUI10-da qoşulmuş istənilən qurğulardan HD-videozənglər etmək imkanını verən xüsusi paylaşdırılmış texnologiya istifadə olunur. Məsələn, smartfona gələn zəng daxil olduğu zaman istifadəçi ağıllı kolonkadan cavab verə, videozəngi isə televizorda və ya avtomobil multimedia mərkəzində qəbul edə, videozəngi drondan videozəng rejimində göstərə bilər.

İş yerində ikən, verilənləri sadəcə faylların daşınması yolu ilə ötürmək və bildirişləri böyük ekranda almaq üçün, smartfon və noutbukun ekranlarını birləşdirmək olar. Bütün bunlar inqilabi resursların paylaşdırılması texnologiyasının köməyi ilə mümkün olur. Onun reallaşdırılması üçün qurğunun cihaz resurslarının virtuallaşdırılması tələb olundu. Başqa sözlə desək, displey, kamera, mikrofon və ya dinamik kimi bütün komponent qurğuları pula birləşmiş bütün qurğular üçün əlçatan olur.

Təhlükəsizlik "Huawei"nin əsas prioriteti olaraq qalır. İmkanların və rahatlığın genişləndirilməsi ilə birlikdə, şirkət universal paylaşdırılmış təhlükəsizlik sistemi üzərində çalışır. Bu təhlükəsizlik sistemi "Huawei"nin tərtib etdiyi proqram və cihaz komponentlərinə əsaslanır. Verilənlərin qorunması ƏS çipi və nüvəsinin sistemli arxitekturasına əsaslanır.

Yalnız istifadəçi tərəfindən səlahiyyətləndirilmiş qurğular həmin istifadəçinin digər qurğularına qoşula bilər, bu zaman, bütün mərhələlərdə tam təhlükəsizliyi təmin etmək üçün ötürülən bütün məlumatlar birbaşa şifrələnməyə məruz qalır.

Müxtəlif qurğularda açmaq üçün tətbiqlərin bir dəfə tərtib edilməsi

Ağıllı qurğuların müxtəlifliyi sürətlə artır və onların populyarlığı artdıqca və tətbiq ekosistemi böyüdükcə, insanlar eyni tətbiqi getdikcə daha çox müxtəlif platformalarda istifadə edirlər və eyni servis məlumatlarına keçidin əldə edilməsinə ehtiyac duyurlar.

Onların tələbatını qarşılamaq üçün, tərtibatçılar öz tətbiqlərini müxtəlif platformalar üçün adaptasiya etməyə, əlavə dillər mənimsəməyə və qurğuların uyğunluğu üçün verilənlərin konvertasiyasını təmin etməyə məcburdurlar.

EMUI-nin yeni versiyasına paylaşdırılmış istifadəçi interfeysləri mühiti və cihaz qurğularının virtuallaşdırılması texnologiyası verilib. Bunun sayəsində, tərtibatçılar, bir neçə dəfə adaptasiyadan keçmək ehtiyacı olmadan, eyni zamanda müxtəlif qurğu növlərinə uyğun olan tətbiqlər yarada biləcəklər.

EMUI – yeni sahə drayveri, tətbiqlər və servislər ekosisteminin yüksəliş nöqtəsidir

Cari ildə "Huawei" smartfonlarının istifadəçilərinin sayı əhəmiyyətli dərəcədə artmışdır. Ümumilikdə beş il ərzində, şirkət 100 milyon qurğu rellaşdırmışdır. Gələcəkdə şirkət istifadəçilər üçün müxtəlif qurğuların qarşılıqlı əlaqəsi üzrə daha çox imkanlar açacaq.

EMUI-nin yeni versiyasının təqdimatı zamanı "Huawei" özünün son tərtibatlarını (onların arasında Ark Compiler və "Huawei" DevEco Studio da var) daha açıq etmək niyyəti haqqında açıqlama verdi. Şirkət həmçinin kənar tərtibatçılarla və sahə tərəfdaşları ilə işləməyi planlaşdırır.

EMUI 10-a qədər yenilənəcək ilk qurğular "Huawei" P30 qurğuları olacaq

Birinci mərhələdə EMUI 10-un daxili sınaqdan keçirilməsi "Huawei" P30 seriyalı smartfonlarda açılacaq, daha sonra interfeys Mate 20 seriyalı qurğularda mövcud olacaq. Təqdimat zamanı Van Çenqlu bildirdi ki, EMUI 10-un işlək versiyası Mate seriyalı smartfonların növbəti nəslində quraşdırılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar