Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ayna Sultanovanın abidəsi götürüləcək? (AÇIQLAMA)

Tarix: 02-09-2019 22:09     Baxış: 3263 A- / A+
Ayna Sultanovanın abidəsi götürüləcək? (AÇIQLAMA)


Bakının Binəqədi rayonu ərazisində yerləşən Ayna Sultanovanın heykəlinin götürülməsi məsələsi gündəmdə deyil.

Manevr.az xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, A.Sultanovanın heykəlinin bərpası işləri görülür.

Həmçinin bildirilib ki, A.Sultanovanın heykəli yerləşən parkda İcra Hakimiyyəti tərəfindən aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir:

"Görülən işlər sürətlə davam edir və yaxın günlərdə tamamlanması gözlənilir. Hazırda parkda son tamamlanma işləri həyata keçirilir".

Qeyd edək ki, Bakının Atatürk prospektində A.Sultanovanın heykəlinin yerləşdiyi park uzun müddətdir təmirə bağlanıb.

A.Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.

Qeyd edək ki, A.Sultanova Azərbaycanda Kommunist Partiyasına yazılan ilk azərbaycanlı qadın olub. O, uzun illər bolşevik partiyasının ideyalarını həyata keçirib. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.

A.Sultanova tanınmış bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi.

O, 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı H.Sultanovla birlikdə güllələnib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar