Xəbər lenti
Uşaqsız ailələrdə boşanma halları artıb
Azərbaycanda son üç il ərzində uşaqsız ailələrdə boşanma halları artıb.
Manevr.az istinadən bildirir ki, 2016-cı ildə ölkədə boşanmış 13114 nəfərin 6146-ı uşağı olmayanlar olduğu halda, 2017-ci ildə 14514 boşanma halının 6444-ü bu şəxslərin payına düşüb.
2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınıb ki, onun da sonsuz ailələrin payına düşüb. Keçən il ölkədə uşağı olmayan 6559 nəfər boşanıb.
Ötən il boşanmaların 3894-ü biruşaqlı, 4404-ü iki və daha çox uşağı olan ailələrdə qeydə alınıb.
Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, ən az boşanma halı 2002-ci ildə qeydə alınıb. 1990-cı ildə 8853, 2002-ci ildə 3371 uşaqsız ailədə boşanma qeydə alınıb.
Ötən illər ərzində ölkədə iki və daha çox uşağı olan ailələrdə də boşanma halları artıb. Keçən il belə ailələrdə qeydə alınan boşanma halları hətta ən yüksək həddə çatıb. 2018-ci ildə belə ailələrdə 4404 boşanma halı qeydə alınıb ki, bu da 2017-ci ildəki (4124) göstəricidən də çoxdur.
Ötən müddətdə valideynlərin ayrılmasından zərər çəkən uşaqların sayı da çoxalıb.
2018-ci illdə boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 13842 (2017-ci ildə 13110) olub ki, bu da hər 100 boşanmaya 167 (2017-ci ildə 162) uşağın düşməsi deməkdir.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Trend-ə Azərbaycanda ailələrin ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağıldığını söyləyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov hesab edir ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.
Komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın əsas səbəbi hesab edilir. Lakin onun sözlərinə görə, əvvəllər ailələrdə məişət zorakılığı halları boşanmaya səbəb olmurdu.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də boşanmaların artmasında sosial şəbəkələrin xüsusi rol oynadığı qənaətindədir.trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar