Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İbadətin əsil sirri nədədir?

Tarix: 01-09-2019 22:25     Baxış: 6192 A- / A+
İbadətin əsil sirri nədədir?


İbadət dedikdə, ümumilikdə bu əməllər nəzərdə tutulur:

1. Təharət (dəstəmaz, qüsl).

2. Namazlar (yövmiyyə, cümə, bayram, ayət, vəhşət, nəzir namazları).

3. Oruc.

4. Xüms, zəkat.

5. Ziyarətlər, dualar, zikr və münacatlar.

6. Quran oxumaq.

7. Sədəqə, xeyriyyə, yardım.

8. Sileyi-rəhm.

9. Dəvət, təbliğat.

10. Mərasimlərdə iştirak.

Bəs bütün bu ibadətlərin əsil sirrini nə təşkil edir? Əlbəttə ki, niyyət.

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin niyyəti onun əməlindən üstündür". (Həvzəh)

Ona görə də deyə bilərik ki, niyyət bütün ibadətlərin əsil sütunudur. İbadəti adətlə fərqləndirən şey də - məhz niyyətdir. Adətən insanlar niyyət dedikdə 4 şeyi nəzərdə tuturlar:

1. Niyyət odur ki, insan bir işə başlayan zaman onu dilinə gətirər.

Misal üçün, insan bir işi etmək istəyən zaman niyyət edər ki, İlahi qürbə çatmaq üçün bu işi edir.

2. Niyyət odur ki, dildə dediklərini zehnindən keçirdirsən. Yəni, o işin mənasını zehnindən keçirdər və onun haqqında təfəkkür edər. Bu məna birinci məna ilə oxşardır. Çünki niyyətin səmərəsi odur ki, riyadan uzaq olsun.

3. İnsan bəzən bir işə başlayanda onu yerinə yetirəcəyini qəsd edər. İstəyər ki, işində səhv etməsin və ondan qəflət etməsin.

4. Niyyət, yəni stimul və həmin işin yerinə yetirilməsinə səbəb olan amil. Biz insanların yerinə yetirməli olduğu əməl də budur, yəni həqiqi niyyət də bu olmalıdır. Əgər insanın bir işi yerinə yetirən zaman stimulu ondan istənilən şey olarsa, niyyət düzgün və əməli qəbul olmuş olar. Əgər stimulu batil və Allah üçün olmazsa, əməli də batil olar. Baxmayaraq ki, qürb niyyətini qəlbindən keçirtsə belə.

O zamana qədər ki, insan bunu dərk etməz, yəni hədəfinə çatmaq üçün əməli yerinə yetirməli olduğu həqiqətini başa düşməsə, əməli puç olar.

Çünki bir əməli yerinə yetirmək üçün insana iki şərt lazımdır. Biri etiqaddır və o birisi qəlb diqqəti ilə yerinə yetirdiyi əməldir.

Ona görə də deyə bilərik ki, niyyətin düzgün olması üçün bir neçə stimul lazımdır.

O kəslər ki, ibadəti xalis niyyət olmadan yerinə yetirirlər, onlar riya edirlər və Allahın razılığını itirərlər. İbadətin əsil sirri və əsil səbəbi - niyyətin xalis olmasındadır. Abid bu həqiqəti dərk etməyənəcən, ibadətin şirinliyini dadmaz və əməli mənadan məhrum olar. Çünki ibadəti sütunsuz yerinə yetirilmiş olar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar