Xəbər lenti
Novruz Məmmədov boşanma ilə bağlı qaydalara dəyikşiklik etdi
Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
Manevr.az xəbər verir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin FORMALARI”nda aşağıdakı dəyişiklik edilib:
1-8 nömrəli əlavələrdə “kargüzar” sözü “mütəxəssis (kargüzar)” sözləri ilə əvəz edilsin;
Nikahın pozulması haqqında 7 nömrəli əlavə üzrə 11-ci bənd aşağıdakı redaksiyada verilib:
14 nömrəli əlavə üzrə mətndən “Vətəndaş” sözü (hər üç halda) çıxarılıb; “ilə olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi” sözləri “nikahı _________ _________________________________ (onların razılığına, ərin (arvadın) ərizəsinə, nikahın pozulması haqqında qətnamə ___________________________________əsasən pozulmuşdur. çıxarmış məhkəmənin adı və qətnamənin çıxarıldığı tarix) Nikaha “___”__________ 20__ il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması” sözləri ilə əvəz edilib;
“ləğv olunandan” sözləri “pozulduqdan” sözü ilə əvəz edilib.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın isə 5.9.5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 5.9.6-cı yarımbənd əlavə olunub:
“5.9.6. məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən, nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstərilir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar