Xəbər lenti
Şeyxin tələb etdiyi məsələlər layihədən çıxarılıb – Surroqat ana və sperma bankı...
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindən surroqat ana və sperma bankı məsələsi çıxarılıb”.
Manevr.az xəbər verir ki, b barədə “Yeni Sabah”a deputat Musa Quliyev bildirib. “Donorluq məsələsi yalnız nikahda olan ər-arvad arasında həll oluna bilər”,- deyə deputat əlavə edib.
Onun sözlərinə görə, artıq qanun layihəsində mübahisəyə səbəb ola biləcək hər hansı məqam qalmayıb.
Qeyd edək ki, bundan əvvəl qanun layihəsi ilə bağlı gedən xəbərlər anlaşılmazlığa səbəb olmuşdu. Həmin xəbərlərdə aydın deyildi ki, mübahisəyə səbəb surroqat ana və sperma bankı məsələsi layihədən çıxarılıb, müəyyən dəyişikliklərlər saxlanılıb.
Xatırladaq ki, “Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi (sprema bankı) ilə bağlı idi. Qafqaz Müsəlmanları İdarəsi donorluq məsələsinə etiraz edib. Bununla yanaşı, Səhiyyə Nazirliyi ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirilməsi səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini istəyir.
Maliyyə Nazirliyi isə aztəminatlı, sonsuz ailələrə ekstrokorporal mayalanmanın bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi üçün şans verilməsinə iradını bildirib və hesab edib ki, bunu icbari tibbi sığorta hesabına həyata keçirmək olar.
Millət vəkilinin açıqlamasından anlaşılır ki, QMİ-nin etiraz etdiyi məsələlər qanun layihəsindən çıxarılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar