Xəbər lenti
Günahı olmadan 35 il həbs cəzası çəkdi, 3 milyon dollar təzminat aldı
ABŞ-ın Nevada ştatının sakini günahsız yerə həyatının 35 ilini həbsxanada keçirib və buna görə məhkəmənin qərarı ilə 3 milyon dollar təzminat alıb.
Manevr.az xəbər verir ki, 1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçelin qətlində ittiham olunaraq 35 il həbs cəzasına məhkum edilib. Cinayət 1976-cı ildə baş verib. Bir müddət sonra Nevada ştatının məhkəməsi hökmü ləğv edib. Lakin 1984-cü ildə qadın təkrar mühakimə olunub və Ali məhkəmə hökmü qüvvədə saxlayıb.
Maddi sübutlar 1976-cı ildə mövcud olmayan müasir DNT analiz texnologiyaları vasitəsi ilə təkrar tədqiq edildikdən sonra Keti Vudsun təqsirsizliyi sübuta yetirilib. Əsl qatil, daha beş qadını öldürən Rodni Holbauer isə 2018-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, bundan öncə Miçiqan ştatının hakimiyyət orqanları 46 il həbsxanada saxlanılan günahsız amerikalı Riçard Fillipsə 1,5 milyon dollar təzminat ödəmişdi.xezerxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar