Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: Çəpişə oxşayırsan - ŞƏKİLLƏR

Tarix: 30-08-2019 13:33     Baxış: 4326 A- / A+
Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: Çəpişə oxşayırsan - ŞƏKİLLƏR


Ötən gün Bakıda avtobus sürücüsü əsgəri təhqir edib.

Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Facebook"da hadisə şahidləri məlumat yayıblar.

Sosial şəbəkə istifadəçisi Leyla Həsənova yazıb ki, 4 nömrəli avtobus sürücüsü sərnişinlərdən birini, əsgəri söyüb.

Baş verənləri olduğu kimi təqdim edirik:

"4 nömrəli avtobusda bir əsgər də var idi. Əsgər əlində xəstəxanadan aldığı müayinənin nəticələrini göstərən yekə bir torba tutmuşdu.

Üzdən oxumaq olurdu. "Azadlıq"la "İnqilab"ın kəsişməsində dayanacaqda düşəsi oldu.

Elə bu vaxt gənc sürücü əsgərin üstünə qışqırdı ki, "ayə, general (lağa qoyurdu) yol pulunu ver. Niyə düşüb qaçırsan?".


Bu vaxt əsgər əlini cibinə salıb dedi ki, "sən Allah, bağışla, fikrimdən çıxıb, götür pulu...".

Avtobusda, dayanacaqda çox adam var idi, hamı da görüb eşidirdi. Sürücü əsgərə dedi ki, "səndən əsgər olar əə? Çəpişə oxşayırsan".

Əsgər fiziki baxımdan çox zəif idi. Elə bu vaxt təxminən 23-25 yaşlarında bir qız sürücüyə bu sözləri deyib üstünə 5 manat pul tulladı:


"Ayə" sənsən, o əsgərdir, "ayə" deyil. Çəpiş də sənsən. 30 qəpiyə görə sənin namusunu qoruyan əsgəri niyə eşşək kimi çağırırsan? Al bu 5 manatı da sox gözünə, sənə 30 qəpik azdır", - deyə qız qışqırdı.

Sürücü "az, düş uç burdan, əcəb eləyirəm" deyərək qızın üstünə qalxdı. Qız avtobusdan düşüb sürücüyə dedi ki, hünərin varsa, düş aşağı, sənin cavabını verim.

Əsgər qıza bircə söz dedi: "Çox sağ ol, bacı". Sürücü gördü ki, hamı ona qarşı çı
xır, tez avtobusu sürüb getdi".
Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi: Çəpişə oxşayırsan - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar