Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan "Google", "Facebook" və digər sosial şəbəkələrə təkliflər verəcək

Tarix: 29-08-2019 17:10     Baxış: 3152 A- / A+
Azərbaycan "Google", "Facebook" və digər sosial şəbəkələrə təkliflər verəcək

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün sosial şəbəkələrdə Azərbaycan dilinin norma və qaydalarına riayət olunması üçün öz təkliflərini verəcək”.
Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində, internet resurslarında, reklam daşıyıcılarında, dərsliklərdə və elmi-tədqiqat əsərlərində Azərbaycan dilinin maraqlarının qorunmasını təmin edəcək:

“Bununla da Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün internet mediasında Azərbaycan dilinin və dövlətçiliyimizin maraqlarına, milli mənafeyimizə, dilimizin xüsusiyyətlərinə uyğun olaraq onun qorunması və inkişaf etdirilməsi üçün iş aparacaq. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi harada olmasından asılı olmayaraq dilimizin reallıqlarının qorunmasında öz xidmətlərini göstərəcək. Mərkəz bu xidməti “Google”, “Facebook” və digər bütün sosial şəbəkələrdə də göstərəcək. Sosial şəbəkələrə təkliflər veriləcək. Eyni zamanda müxtəlif mexanizmlər vasitəsilə həmin internet resurslarında Azərbaycan dilinin qorunması istiqamətində iş aparılacaq və bütün lazımi tədbirlər həyata keçiriləcək. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin sosial şəbəkələrdə Azərbaycan dilinin qorunması üçün həyata keçirəcəyi xidmətlərin ödənişli və ya ödənişsiz olacağı barədə məlumatım yoxdur”.

Akademik Monitorinq Mərkəzinin bu ilin sonuna qədər fəaliyyətə başlayacağını düşündüyünü bildirib: “Düşünürəm ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi payız aylarında fəaliyyətə başlayacaq. Amma dəqiq tarixini bilmədiyim üçün deyə bilmərəm”.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar