Xəbər lenti
Ölümdən sonra nə baş verir?
Ürək dayansa da, bu hissələr uzanmağa davam edir
Ölüm haqqdır. Gec-tez bir gün öləcəyini hamı bilir. Bəs öləndən sonra bədəndə hansı dəyişikliklərin olduğunu necə? Bu gün öldükdən dərhal sonra bədəndə baş verən dəyişiklikləri təqdim edirik:
1. Ürək dayanır. Məhz bu amil ölümün əsas səbəbidir. Bundan sonra qan dövranı da dayanır. Ürəkdən dərhal sonra digər orqanlar da bir bir fəaliyyətlərini dayandırırlar.
2. Qan anidən durulaşdığı üçün bədənin rəngində də görə çarpan dəyişiklik olur. Bədən bənövşəyi və ya maviyə çalan rəngə boyanır. Cazibə qüvvəsini də nəzərə alanda daha çox rəngdəyişmənin bədənin alt qismində olduğunu görə bilərik.
3. "Algor mortis" və ya ölüm soyuqluğu. Bədənin temperaturu hər bir saatda 0.8° düşür.
4. Sərtlik göz qapaqları və boyun əzələlərindən başlayır. Buna səbəb isə ürəyin dayanmasından sonra "adenoz trifosfat" (əzələlərin sərtliyinə səbəb olan kimyəvi maddə) ifrazıdır.
5. Ölümdən uzun müddət sonra əzələlər artıq dartıla bilmədiyi üçün qırışlar da yavaş-yavaş yox olur.
6. Ölümdən sonra bədən maye itirir. Bunun üçün də dəri büzülmələri dırnaq və tüklərin dibinin açılaraq daha böyük görünməsinə səbəb olur.
7. Bəzən hissələr sərtləşsə də, genişlənmə meydana gələn hissələrdə olur. Məsələn bağırsaqlar. Bunun üçün beyin ölümü gerçəkləşən adamlarda bundan sonra da sidik və nəcis ifrazatı ola bilər.
8. Hüceyrələr öldüyü üçün bakteriya və göbələklər üst səhtə toplanmağa başlayır. Bunlar da pis və zərərli qazlarla xoşagəlməz qoxuya yol aça bilər.
9. Bəzən tibbi ekspertiza zamanı gələn səslər hətta həkimləri də qorxuya sala bilər. Səs tellərinin ölümdən sonra qatılaşması, bağırsaqdakı qaz yığımı, qarın qurultusu kimi səslər çıxarır.
10. Bağırsaq və fəaliyyəti dayanan orqanlarda meydana gələn qazlar gözləri yuvasından çıxarır, dili şişirir.
11. Hüceyrə divarları parçalanır, əzələlər arasındakı bağlar qopur. Daxili orqanlar mayeyə çevrilməyə başlayır və bədən çürüyür.
12. Dəri sümükdən ayrılır.
13. Ürək dayansa da, dəri hüceyrələri xariclə təmas qurduğu üçün bir necə gün sağ qala bilər. Ən gec məhz onlar ölürlər.
14. Bədən təbiətdə çürüdükdə torpaq üçün qidalandırıcı bir hala düşür. Bu da torpaqda bitki çeşidliyini artıra bilər.
15. Ölümdən sonra ən sonuncu yox olan şey sümüklərdir. Onun mineralları torpağa keçdikdən sonra sümüklər toz halına düşür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar